İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə “Meta”nı cərimələdi: gündə 148 min dollar...

789 19.03.2024 23:24 Dünya A A

Türkiyənin antiinhisar qurumu martın 18-də Facebook-un ana şirkəti “Meta”nın ölkənin antiinhisar qanunlarını pozduğuna görə gündəlik təxminən 148 min dollar cərimə ödəməsi barədə qərar qəbul edib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Rəqabət Şurasının qərarına əsasən Meta öz şirkətləri Facebook, WhatsApp və Instagram arasında platformalararası məlumat mübadiləsinə icazə verməklə, hakim bazar mövqeyindən sui-istifadə edərək ölkənin antiinhisar qanunlarını pozub.

Türkiyənin nəzarət qurumu “Meta”nın pozuntuları aradan qaldırmaq üçün təklif etdiyi uyğunluq tədbirlərini "qeyri-kafi" hesab etdiyini bildirib və qanuna uyğunluğu təmin edən tədbirlər görülənə qədər şirkətin gündəlik 4,7 milyon türk lirəsi cərimə ödəməsinə qərar verib.
Xatırladaq ki, ötən il nəzarət orqanı 2021-ci ildə başladılan eyni araşdırma çərçivəsində şirkəti 346 milyon lirə və ya o vaxtkı məzənnə ilə təxminən 11,6 milyon dollar cərimələyib.

Bundan əlavə, Türkiyənin nəzarət orqanı Instagram və Threads Meta arasında platformalararası məlumat mübadiləsini dayandırmaq üçün müvəqqəti tədbirlər gördüyünü açıqlayıb.

Sonuncu qərar “Meta”nın ölkənin antiinhisar qanunlarını pozub-pozmadığına dair yekun qərar qəbul edilənə qədər qüvvədə qalacaq.
“Meta” sözçüsü bildirib ki, şirkət qərarı öyrənir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR