İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü BELƏ qeyd olundu FOTO VİDEO

1336 29.10.2023 20:58 Siyasət A A

Bakıda Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü qeyd olunub.

Musavat.com APA-ya istinadən xəbər verir ki, tədbirdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin və ölkəmizin yüksək vəzifəli şəxsləri, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Tədbirin açılış mərasimində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın videomüraciəti səsləndirilib. Rəcəb Tayyib Ərdoğan videomüraciətində bildirib ki, bu gün 100-cü yaşını qeyd etdiyimiz Türkiyə dövlətimiz bu torpaqlarda qurulan son dövlətimizdir: "Hazırkı dövlətimizi qədim tariximizdən və ənənələrimizdən qaynaqlanaraq ölkəmizi yeni yüzilliyə hazırlamaq qarşıdakı hədəfimizdir. Dövlətlə millət arasında sədləri qaldırıb vahid bir Türkiyə qurmağa nail olmuşuq. Güclü bir dövlət olaraq dünyadakı kimsəsizlərin kimsəsi olmağı bacardıq. Biz bundan qürur duyuruq. Növbəti yüz ili Türkiyə yüz ili edəcəyik. Türkiyə dayanmadan güclənəcək, dünyadakı imperialist qüvvələrin iradəsinə tabe olmayacaq".

Milli Məclisin spikeri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini çatdırıb. Sahibə Qafarova deyib ki, Türkiyə dünyadakı siyasi proseslərdə aktiv şəkildə iştirak edir, dünyada dialoqun inkişafında və sülh təşəbbüslərinin həyata keçirilməsində böyük rolu var: "Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Xalqlarımızın və dövlətlərimizin qardaşlığı və dostluğu bizim ən böyük sərvətimizdir. Biz hər zaman deyirik ki, ölkələrimiz arasında münasibətlər ulu öndər Heydər Əliyevin dediyi kimi "bir millət - iki dövlət" prinsipləri üzərində qurulub.

Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir birinin yanındadır. Xalqımızın bu birliyi 20-ci əsrin əvvəlində Çanaqqala savaşında, Azərbaycanda və Bakıda erməni - bolşevik dəstələrinə qarşı döyüşlərdə, 3 il öncə işğalçı Ermənistana qarşı 44 günlük vətən müharibəsində, bu ilin sentyabrında Qarabağda antiterror tədbirlərində sınaqlardan çıxıb. Təxminən 10 gündən sonra ölkəmizdə Zəfər Günü qeyd olunacaq. 2020-ci ildə Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında suverenliyimizi bərpa etmək üçün apardığımız Vətən savaşı zamanı dünya Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin bir daha şahidi oldu. Müharibə günlərində Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğanın verdiyi mənəvi və siyasi dəstək münaqişəyə kənardan müdaxilə etməyə çalışan qüvvələr qarşısında qırmızı xətt çəkdi. Türkiyənin qəti mövqeyi göstərdi ki, Azərbaycan öz haqq işi uğrunda mübarizədə tək deyil. 2021-ci ilin iyun ayında Türkiyə və Azərbaycan Prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi isə qardaşlıq və dostluq münasibətlərimizi ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə yüksəldib. Bu gün ölkələrimizin birgə səyləri ilə həm regionumuzun həm də dünyanın geosiyasi mənzərəsini dəyişən böyük layihələr həyata keçirilir. Türkiyə Azərbaycan həmrəyliyinin güclənməsi türk dünyasının daha sıx birləşməsinə kömək göstərir. Türkiyə hazırda Qarabağda və şərqi Zəngəzurda bərpa quruculuq işlərində fəal iştirak edir, bizim yanımızdadır. Əminik ki, Azərbaycan - Türkiyə həmrəyliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcək”.

Sonra tədbir rəsmi ziyafətlə davam edib.

SEFİR SON.jpeg (219 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR