İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Avropa çempionatına ev sahibliyi edə bilər

591 06.04.2023 20:27 Son xəbər A A

Türkiyə Avro-2028 və ya Avro-2032-ə ev sahibliyi etmək üçün namizədliyini rəsmi şəkildə irəli sürüb.

“Qafqazinfo” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu sənəd imzalayıb.

Nazir namizədlik sənədini Türkiyə Futbol Federasiyasına göndərib. Bu sənəd aprelin 12-də UEFA-ya təqdim olunacaq. 

Namizədlik sənədində Türkiyənin ev sahibi olacağı təqdirdə oyunların keçiriləcəyi stadionlar, qonqların yerləşdirilməsi üçün məkanlar, nəqliyyat və şəhər infrastrukturları başda olmaqla bir çox detallar haqqında məlumatlar var. UEFA Avro-2028 və Avro-2032-yə ev sahibliyi edəcək ölkələri bu ilin oktyabrında açıqlayacaq.

Qeyd edək ki, növbəti Avropa çempionatı - Avro-2024 Almaniyada keçiriləcək. Türkiyə ev sahiblii üçün namizədliyini irəli sürsə də, 2019-cu ildəki səsvermədə məğlub olmuşdu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR