İnsanlara hürriyət, millətlərə istiqlal!

“Türk vətəndaşı gələcəyə səs verdi”-partiya sədrindən seçki ilə bağlı açıqlama  

495 15.05.2023 16:19 Siyasət A A

“Türkiyə növbəti dəfə dünyaya demokratiya dərsi keçdi. Seçici aktivliyi inam və seçkiyə verilən önəmlə bağlıdır. Altılı masa və onun irəli sürdüyü vahid namizəd Kamal Kılıçdaroğlunun ciddi uğur əldə edəcəyi ilə bağlı proqnozlar var idi, lakin bunun əksi oldu. Türk dünyası bu gün üçün deyil, gələcəyə səs verdi”.

Bu fikirləri Musavat.com-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, seçkinin növbəti sürprizi Sinan Oğan hesab oluna bilər: “Sinan Oğan 5% səs topladı. Geniş çevrədə tanınan biri olsa da, xüsusilə, Ərdoğan və Kılıçdaroğlu ilə mübarizədə yüksək nəticə əldə etmək hər siyasətçiyə nəsib olmur. Bu nəticə ona görə önəmlidir ki, ikinci turun keçiriləcəyi proqnozlaşdırılır. Sinan Oğanın səslərini kimə verəcəyi ilə bağlı məsələ müzakirə mövzusudur. Bu səslər növbəti mərhələdə ciddi önəm daşıya bilər. Hesab edirəm ki, ikinci tur seçkiləri keçiriləcəksə, Ərdoğan qalib gələcək. Altılı masa əhalinin müəyyən qismini seçkidə uğur qazana biləcəklərinə inandırmışdı. Onların ikinci turda elektoratı tam səfərbər edərək seçkiyı gətirə biləcəkləri ciddi sual altındadır. Ərdoğan 5% üstünlüklə qalib gəlib. Ərdoğan ikinci turda daha qətiyyətli qələbə əldə edə bilər”.

arzuxanjpg-1630571423.jpg (94 KB)

AMİP sədri xatırlatdı ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub. O vurğuladı ki, Ərdoğanın hakimiyyəti illərində bu dəstək xüsusilə hiss olunub:

“Türk dünyasında oyanış var. Bu prosesin başında Türkiyə və Azərbaycan tondamı dayanır. Növbəti mərhələlərdə də Ərdoğanın prezident olduğu müddətdə birgə siyasət nəticəsində həm regional, həm də qlobal miqyasda aparılan fəaliyyət nəticəsində türk dünyasının güclənməsinə və qlobal gücə çevrilməsinə şahidlik edə biləcəyik”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR