İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk və Azərbaycan şahinləri Bakı səmasında: "Texnofest"dən görüntülər -VİDEOREPORTAJ

1605 26.05.2022 17:07 Gündəm A A

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının açılışı musiqi proqramları ilə başlayıb.

Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri  Rəşad Nəbiyev, Türkiyənin Texnoloji Takımının İdarə Heyətinin sədri Səlcuk Bayraktar, Türkiyənin Sənaye və Texnoloji naziri Mustafa Varan iştirak ediblər.

Musavat.com xəbər verir ki, tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.

Türkiyənin Texnoloji Takımının İdarə Heyətinin sədri Səlcuk Bayraktar açılış mərasimində çıxışı zamanı festivalın məqsəd və məramlarımdan danışıb. 

Festival çərçivəsində Azərbaycan və Türkiyənin milli şahinləri Bakı səmasında aviaşou göstəriblər.

Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 və MİQ-29 qırıcı təyyarələri, hərbi helikopterlər və qardaş Türkiyənin “Solo Türk”, “Türk Ulduzları”, “Hürkuş” aerobatika komandaları, “ATAK” helikopterləri və “Akıncı” PUA-sı ilə möhtəşəm hava şousu təqdim ediblər.

Qeyd edək ki, “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

 

Afaq Mirayiq,
Elçin Əkbər
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR