İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk əsgərləri bu Avropa ölkəsində HƏRƏKƏTƏ KEÇDİ: 3 min hərbçi, 700 texnika... FOTO

1345 23.02.2024 14:09 Dünya A A

Türk əsgərləri NATO-nun “Steadfast Defender-2024” (“Sabit müdafiəçi-2024”) təlimlərinin bir hissəsi olan “Brilliant Jump 24” təlimi üçün Polşanın "Szczecin Goleniow" hava limanına gəlib.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, təlim NATO-nun aparıcı qüvvəsi olan Yüksək Hazırlıqlı Birgə İşçi Qüvvəsinin (VJTF) yaradılması üçün təşkil edilib.

Qeyd edək ki, VJTF - NATO-nun ilk reaksiya qüvvəsi və alyansın kollektiv müdafiəsinin əsas hissəsidir.

Bildirib ki, təlimə 5 NATO ölkəsindən, Albaniya, Polşa, İspaniya, Türkiyə və Böyük Britaniyadan 3 min personal və 700 texnika qatılacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR