İnsanlara hürriyət, millətlərə istiqlal!

Turistlərə pul paylayacaqlar: ölkəyə gələnlərə 250 dollar veriləcək

1819 19.06.2026 02:14 Dünya A A

Tayvan hökuməti xarici turistləri cəlb etmək üçün yeni təşviq proqramına start verir.

Musavat.com xəbər verir ki, ölkəyə səfər edən qonaqlara 250 dollara qədər maliyyə dəstəyi təqdim olunacaq.

Tayvanın Turizm Departamenti daimi xarici turistlər üçün 8 min yeni Tayvan dollarına ( 253 dollar) qədər təşviq ödənişi nəzərdə tutan proqram elan edib.

Məlumata görə, güzəştlər bütün xarici turistlərə şamil ediləcək. Bundan əlavə, adaya dost və ya ailə üzvlərini də gətirən turistlər əlavə 3 min yeni Tayvan dolları əldə edəcəklər.

Statistikaya əsasən, Tayvanda turizm axını artmaqda davam edir. Bu ilin ilk rübündə adanı 3 milyon xarici turist ziyarət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.

Tayvana ən çox səfər edənlər isə yapon turistlərdir. Təkcə 2025-ci ildə adaya 1,48 milyon yaponiyalı səfər edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR