İnsanlara hürriyət, millətlərə istiqlal!

Tural Abbaslı: “Seçkilərin demokratik, şəffaf və ədalətli keçməsi nəticələrdən bəllidir”

635 15.05.2023 12:44 Siyasət A A

“Türkiyədəki seçkilər dünya, xüsusilə Azərbaycan üçün önəmlidir. Türkiyənin dünyada və regionda siyasi, iqtisadi, hərbi təsir imkanları artıb, Azərbaycanın ən yaxın müttəfiqi, qardaş ölkədir”.

Türkiyədəki seçkiləri Musavat.com üçün dəyərləndirən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, proses ABŞ və Avropa ölkələrinin diqqətindədir, çünki onlar güclənən, yeni oyunçu istəmirlər.

T.Abbaslı qeyd edib ki, bu səbəbə görə onlar müxalifəti dəstəkləyiblər: “AKP-nin həm parlamentdə qalib gəlməsi, həm də Cümhur İttifaqının rəhbərinin qalib gəlməsi önəmli idi, çünki Qarabağ məsələsi hələ də tam həllini tapmayıb. Bu prosesdə Türkiyənin dəstəyinə ehtiyac var. Azərbaycanlıların əksəriyyəti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyirdi. Seçkilərin demokratik, şəffaf və ədalətli keçməsi nəticələrdən bəllidir. İqtidar partiyası bu qədər riskli səslər əldə edirsə, bu, demokratik seçkidən xəbər verir. Kimsə seçkilərin demokratikliyinə şübhə edə bilməz. Bu da Türkiyənin uğurudur. Birinci turda hələ ki, Ərdoğanın qalib gəlmədiyi görünür. Böyük ehtimalla ikinci tur olacaq, Sinan Oğana verilən səslərin əksəriyyəti Ərdoğana gedəcək. Tərəddüd edən seçicilər, hər ehtimala Kamal Kılıçdaroğluya səs verənlər parlamentdə Ərdoğanın qalib olduğunu görərək siyasi sabitliyə görə böyük ehtimalla Ərdoğana səs verəcək. İnanıram ki, ikinci turda 52-53 faiz səs çoxluğu ilə Ərdoğan qalib gələcək”.

Partiya sədri xatırladıb ki, müxalifətin əsas qüvvələri Ərdoğana birləşmiş olsa da, birinci turda üstünlük əldə edə bilmədilər:

“Ərdoğanın ilk turda qalib gəlməsi önəmli idi. Hər bir halda son nəticəni gözləməliyik. Xarici ölkələrdə toplanan səslər hələ tam sayılmayıb. Hazırkı vəziyyətdə, birinci turda tam qalib olmaq üçün Ərdoğana təxminən 300 min səs lazımdır. Türkiyə, o cümlədən Azərbaycan üçün xeyirli olsun!”

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR