İnsanlara hürriyət, millətlərə istiqlal!

Tural Abbaslı: “İran casuslarına qarşı radikal addımlar atılmalıdır”

713 31.01.2023 17:40 Gündəm A A

“Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktından sonra ölkəmizdəki casus şəbəkəsinin zərərsizləşdirilməsi gözlənilən idi. Xatırlayırsınızsa, daha öncə də İran və Azərbaycan arasında diplomatik qarşıdurma yarandıqda casus qrupu ifşa edilmiş və ələ keçirilmişdi. İstənilən halda, bu müsbət hadisədir”.

Bu fikirləri AĞ Partiya başqanı Tural Abbaslı Musavat.com-a Bakıda İranın casus şəbəkəsinə qarşı keçirilən xüsusi əməliyyatı şərh edərkən bildirdi.

Partiya sədri dövlət maraqlarını satan, xarici ölkələrə xidmət edən istənilən şəxsin tapılmalı və cəzalandırılmalı olduğunu qeyd etdi: “Digər tərəfdən hesab edirəm ki, diplomatik müstəvidə gərginlik yarandıqda keçirilən əməliyyatlar kifayət deyil. Bu, elə bir məsələdir ki, kəskin, radikal addımlar atılmalıdır. Hər bir vətəndaş bilməlidir ki, dövlət maraqlarına xəyanət edəcəksə, sərt cəza alacaq. Bu həm də digər casusların əməkdaşlığa cəlbinin qarşısını alacaq. Təkcə, sosial şəbəkələrə baxmaq kifayətdir ki, hələ də İranın tərəfini saxlayanları görək. Öz adı və fotoları ilə Azərbaycanın suverenliyə qarşı çıxış edənlər kifayət qədərdir. Buna görə də daha qətiyyətli olmaq lazımdır”.

AĞ Partiya başqanı xüsusilə dini camiyədə təmsil olunan casus şəbəkəsinə diqqət çəkdi: “İranın Azərbaycandakı təsir imkanlarından xilas olmaq üçün dini camiyədəki şəbəkəni ifşa etmək lazımdır. Din pərdəsi altında İranı, Xameneyini təbliğ edənləri ifşa etməliyik. Bu şəbəkə aşkar fəaliyyət göstərir. Regionlarda yas mərasimlərində dindən danışmaq əvəzinə, İranı tərifləyənlər var. Bu şəxsləri ən azı profilaktik olaraq istintaqa cəlb etmək olar ki, yerlərini bilsinlər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR