İnsanlara hürriyət, millətlərə istiqlal!

Tsarukyan Karapetyana dəstək verir?

651 25.04.2026 18:46 Region A A

Ermənistanda seçki öncəsi çıxışlarını davam etdirən Qaqik Tsarukyan bu dəfə Türkiyə-Ermənistan sərhədinin açılması və regional iqtisadi rəqabət məsələsinə toxunub.

Musavat.com-un xəbərinə əsasən, Tsarukyan Lori vilayətində sakinlərlə görüş zamanı bildirib ki, Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinə ehtiyatla yanaşmaq lazımdır.

Onun sözlərinə görə, sərhəd açılsa belə, bundan əvvəl Ermənistan daxili bazarı və istehsalçısı qorunmalıdır. Qaqik Tsarukyan qeyd edib ki, əgər Türkiyədə məhsullar ucuz, Ermənistanda isə baha olarsa, yerli istehsal tamamilə çökə bilər.

Siyasi məsələlərə də toxunan Tsarukyan baş nazir olmaq niyyətində olmadığını bildirib. O qeyd edib ki, Ermənistana yeni mərhələdə mövcud vəziyyətdən çıxara biləcək gələcəyin lideri lazımdır və belə bir şəxsi dəstəkləməyə hazırdır.

Bəzi yerli ekspertlər bunu Tsarukyanın Samvel Karapetyanı dəstəkləmək işarəsi olaraq qəbul edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR