İnsanlara hürriyət, millətlərə istiqlal!

“Trendyol”dan Azərbaycan istifadəçiləri üçün YENİLİK - FOTO

2061 03.05.2023 12:36 Son xəbər A A

Bu gündən etibarən Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, təklifdə “Trendyol” siparişlerini artık Azerbaycan adresinde teslim alabilirsin” seçimi yer alıb.

Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi "Trendyol" saytından izləyə bilərlər. Eyni zamanda sifarişçi adres olaraq öz ev ünvanını qeyd edərək, malın evinə təslim edilməsini seçə bilər.

Qeyd edək ki, indiyədək “Trendyol”un Azərbaycana birbaşa çatdırılması yox idi.

Belə ki, indiyədək vətəndaşlar sifariş üçün Azərbaycan karqo şirkətlərinin Türkiyə anbarını yazırdı, mal həmin anbara daxil olduqdan sonra Azərbaycana göndərilirdi.

Bununla belə vətəndaşlar əvvəlki qaydada sifarişlərini Azərbaycanla yanaşı, digər ölkələrdən də təslim al bölməsini seçə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR