İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın maliyyə donorlarının sayı azaldı

333 21.02.2024 14:30 Dünya A A

Yenidən dövlət başçısı postuna namizədliyini irəli sürən ABŞ-ın keçmiş prezidenti Donald Trampın maliyyə donorlarının sayı 2019-cu ildə əvvəlki seçki kampaniyası ilə müqayisədə 200 mindən çox azalıb.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Qəzet yazır ki, Trampın kampaniyası və ona bağlı siyasi fəaliyyət komitələri keçən ilin ikinci yarısında təqribən 516 min donoru cəlb edib ki, bu da 5 il əvvəlki rəqəmdən (740 mindən çox) xeyli azdır.

Prezident Co Baydenin 2023-cü ilin ikinci yarısında 473 000 donoru olub. Lakin Bayden Demokratik namizədlik uğrunda mübarizə apardığı 2019-cu ilin ikinci yarısında bu rəqəmi təxminən iki dəfə artıra bilmişdi.

Trampın seçki qərargahının nümayəndələrindən birinin sözlərinə görə, donorların sayının azalması ilə bağlı problem, xüsusən də söhbət kiçik ianələrdən gedirsə, mümkün qədər tez həll olunmalıdır. Qəzet qeyd edir ki, kiçik donorlar - 200 dollar və ya daha az pul verənlər Trampın kampaniyalarında mühüm rol oynayırlar.

Ekspertlərin hesablamalarına görə, 2024-cü il seçkiləri ABŞ tarixinə ən bahalı seçki kampaniyası kimi düşə bilər. Namizədlərin təxminən 1 milyard pul xərcləməsi gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR