İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın kompüteri və ya elektron poçt ünvanı belə yoxdur-Köməkçisi elə şeylə dedi ki...  

593 12.05.2024 14:18 Dünya A A

 

ABŞ-ın keçmiş prezidenti Donald Trampın məhkəməsində bir çox qeyri-adi detallar, o cümlədən onun yeni texnologiya ilə qeyri-adi əlaqəsi ortaya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bununla bağlı Trampın keçmiş köməkçisi Madelin Vesterhoud ifadə verib. Onun sözlərinə görə, Trump tvitlərini  diktə edirmiş, daha sonra isə onların redaktəsini həyata keçirirmiş.

“Xatırladığım qədər, prezident bəzi sözləri böyük hərflə yazmağı xoşlayırdı. Məsələn "ölkə" kimi sözlər. Bundan başqa o, nida işarələrindən istifadə etməyi xoşlayırdı”,-deyə keçmiş köməkçi söyləyib.

Xanım Vesterhutun dediklərinə əsasən, ABŞ-ın keçmiş prezidentinin hətta kompüteri və elektron poçt ünvanı da olmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR