İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın birinci arvadı niyə qolf klubunda dəfn edildi? - İlginc fırıldaq

1317 31.07.2022 22:47 Maraqlı A A

Donald Trampın birinci həyat yoldaşı İvana Tramp Nyu-Cersi qolf klubunda dəfn edilməsi ciddi şübhələrə yol açıb.

Vergi sistemləri üzrə tədqiqatçı, professor Bruk Harrinqton Twitter-də qeyd edib ki, İvananın qolf klubunda dəfn edilməsi ABŞ-ın keçmiş prezidentinə əmlak vergisindən yayınmağa kömək edəcək.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki , mütəxəssisə görə, Tramp vergidən yayınmaq üçün arvadını Nyu Cersi ştatının Bedminster şəhərindəki qolf klubunda dəfn edib.

"Mən Nyu-Cersi vergi qanunlarını yoxladım. Bu, üçqat vergidən yayınmadır. Əmlak, gəlir və satış üçün - hər şey yox olur", - deyə professor Twitter-də yazıb.

Qeyd olunur ki, Nyu-Cersidəki qəbiristanlıqlar vergidən azaddır. Amma qəbiristanlıq kimi tanınmaq üçün qolf-klubda nə qədər insanın dəfn edilməli olduğu qanunda dəqiq göstərilməyib.
İvana Trampın vergidən yayındığına görə dəfn edilməsi faktını sosial şəbəkədə USA Today-in jurnalisti Phoebe Wall Howard da açıqlayıb.

“Nyu Cersi qanunları qəbiristanlıq kimi istifadə edilən torpaqları gəlir, satış və istifadə vergilərindən azad edir. Görünür, İvana Trampın Bedminsterdəki Tramp Milli Qolf Klubundakı məzarı sabiq prezidenti vergi yükündən azad edəcək”, – jurnalist yazıb.

İvana Tramp iyulun 14-də evində ölü tapılıb. Katolik ayininə görə dəfn mərasimi iyulun 20-də Nyu-Yorkdakı Müqəddəs Vinsent Ferrer kilsəsində keçirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR