İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan vitse-prezident AÇIQLAMASI

831 23.06.2024 16:10 Dünya A A

ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp kimi vitse-prezident seçəcəyini bildiyini deyib.

Musavat.com xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Keçmiş prezident bu barədə Filadelfiyada seçki kampaniyası zamanı tərəfdaşları qarşısında danışıb. Tramp gələn həftə cümə axşamı prezident Co Baydenlə baş tutacaq debatda həmin adamın iştirak edəcəyini bildirib.

Donald Tramp bu barədə hələ konkret məlumat verə bilməyəcəyini qeyd edib.

ABŞ mediası isə mümkün namizədlər arasında Şimali Dakota ştatının hazırkı qubernatoru Duq Berqam və Floridadan senatorlar Cey Di. Vens və Marko Rubionun adlarını çəkir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR