İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp söz verdi: Qalib gəlsəm..

1501 13.03.2024 03:29 Dünya A A

Donald Tramp ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Kapitoliyə hücum edənləri azad edəcəyinə söz verib. 

Musavat.com xəbər verir ki, Tramp həmin şəxsləri "qeyri-qanuni həbsdə olan girovlar" adlandırıb. 

“Prezident kimi ilk görəcəyim iş sərhədi bağlamaq və “6 yanvarda qeyri-qanuni həbsdə olan girovları” azad etmək olacaq”, - Tramp bildirib. 

Xatırladaq ki, 2021-ci il yanvarın 6-da ABŞ-ın sabiq Prezidentinin “oğurlanmış seçkilərdə ədaləti bərpa etmək” çağırışından sonra Donald Tramp tərəfdarları Konqres binasına hücum edib. İğtişaşlar zamanı beş nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Həmçinin prokurorluq basqında şübhəli bilinən 1,2 mindən çox insana qarşı rəsmi ittiham irəli sürüb. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR