İnsanlara hürriyət, millətlərə istiqlal!

 Tramp Putinin adamıdır? 

449 19.02.2024 14:36 Dünya A A

ABŞ-ın Respublikaçılar Partiyasının keçmiş sözçüsü Liz Çeyni eks-prezident Donald Trampı Kremlin təbliğatını aparmaqda suçlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Donald Trampın Aleksey Navalnının müəmmalı ölümü ilə bağlı heç bir söz söyləməməsi və Putinin adını çəkməkdən qaçması öz partiyasında ciddi tənqidlərə səbəb olub. Liz Çeyni hətta onu Respublikaçılar Partiyasının “Putin qanadı” adlandırıb.

“Biz “Putin qanadı”nın Ağ Evi ələ keçirməsinə yol verə bilmərik”, - deyə Çeyni qeyd edib.

Liz Çeyni həmçinin üçüncü tərəf kimi prezidentliyə namizəd olub-olmayacağına hələ qərar vermədiyini bildirib, lakin Donald Trampın məğlub olması üçün əlindən gələni edəcəyini söyləyib.

Xatırladaq ki, Liz Çeyni ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyninin qızıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR