İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Putin mənim xətrimə jurnalist Gerşkoviçi azad edəcək”

673 23.05.2024 14:00 Dünya A A

Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Evan Gerşkoviçi ABŞ-ın keçmiş prezidenti Donald Trampən xətri üçün azad edə bilər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Trampın özü “Truth Social” sosial şəbəkəsində bildirib.

“Rusiyanın əlində olan “Wall Street Journal”ın müxbiri Evan Gerşkoviç azadlığa buraxılacaq... Rusiya prezidenti Vladimir Putin bunu mənim üçün edəcək, başqası üçün deyil”, - keçmiş prezident vurğulayıb.

Trampın fikrincə, bu, ABŞ-da noyabrda keçiriləcək seçkilərdən qısa müddət sonra baş verə bilər.

Eyni zamanda, “Röyter” qeyd edir ki, Tramp Putinlə hər hansı təmaslardan bəhs etməyib və Rusiya liderinin Gerşkoviçi “azad edəcəyinə” inanması üçün hansı səbəblərə malik olduğunu açıqlamayıb.

May ayında Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ Rusiya Federasiyası ilə əsirlərin mübadiləsinə dair danışıqları gecikdirir.

Ryabkovun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi məhbus mübadiləsində birbaşa iştirakçı deyil, lakin onun sözlərinə görə, Rusiyanın təşəbbüsləri “Amerika tərəfindən hələ də qəbul edilmir”. Bununla bağlı diplomat Vaşinqtonu Rusiya Federasiyasının artıq təqdim etdiyi təkliflərə diqqət yetirməyə çağırıb.

Təhlükəsizlik qüvvələri Gerşkoviçi 2023-cü il martın 30-da Yekaterinburqda saxlayıb. FTX-nin versiyasına görə, müxbir Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumat toplayırmış. 26 mart 2024-cü ildə Gerşkoviçin həbs müddəti iyunun 30-dək uzadılıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR