İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Prokuror qorxur ki, Rusiyaya qaçaram”

394 22.08.2023 11:30 Son xəbər A A

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Corciya ştatının Atlanta şəhərinin Fulton qraflığının prokuroru Fanni Uillisin ona qarşı irəli sürülən ittihamlara görə Rusiyaya qaça biləcəyindən ehtiyatlandığını iddia edib.

Musavat.com xarici mediaya istinadla xəbər ki, bu barədə “Truth” sosial xidmətinin səhifəsində məlumat verilib.

“Uğursuz Fulton (Atlanta) prokuroru Fanni Uillis mənim üçün 200.000 dollar girov tələb etdi. Güman edirəm ki, o, mənim uzaqlara, çox uzaqlara, bəlkə də Rusiyaya qaçacağımı ehtimal edir", - Tramp deyib.

Bundan əvvəl Tramp cümə axşamı, avqustun 24-də ona qarşı Corciyadakı seçkilərə müdaxilə ittihamı ilə həbs prosesindən keçmək üçün Atlantaya gəlmək niyyətində olduğunu təsdiqləyib.

Trampın respublikaçıların seçki debatlarında iştirak etməyi planlaşdırmadığı da məlumdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR