İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp onu güllədən xilas edənin nə olduğunu açıqlayıb

938 19.07.2024 09:36 Dünya A A

Respublikaçı Partiyadan prezidentliyə namizəd Donald Tramp Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı prezidentliyi dövründə miqrasiya statistikasını göstərən ekrana başını çevirərək ölümdən xilas olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə siyasətçi respublikaçıların Miluokidə (Viskonsin ştatı) keçirilən Milli Qurultayında çıxışı zamanı danışıb.

“Bunu məndən bir daha eşitməyəcəksiniz, çünki bu barədə danışmaq ağrı verir. Arxamda mənim rəhbərliyim dövründə sərhədi keçənlərin sayını göstərən böyük ekran var idi, rəqəmlər sadəcə heyrətamiz idi. Cədvələ baxmaq üçün başımı sağa çevirməyə başladım və daha da dönməyə hazır idim, amma çox şanslı idim ki, etmədim, çünki vızıltı səsi duydum və sağ qulağıma nəyinsə böyük güclə dəydiyini hiss etdim”, – o vurğulayıb.

Tramp qeyd edib ki, o baş hərəkətini etməsəydi, “qatilin gülləsi ideal şəkildə hədəfinə tuş gələcəkdi”.

“Bu gün burada olmalı deyildim”, – Tramp söyləyib, tərəfdarları isə cavab olaraq “olmalı idin” deyə səsləniblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR