Tramp: İranın 9 hərbi gəmisi məhv edilib
ABŞ prezidenti Donald Tramp İran Hərbi Dəniz Qüvvələrinə ağır zərbə endirildiyini iddia edib.
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sosial media platforması Truth hesabında paylaşım edərək İranın 9 hərbi gəmisinin məhv edildiyini bildirib.
“İndicə mənə məlumat verildi ki, biz İranın 9 hərbi gəmisini məhv edib batırmışıq. Onlardan bəziləri olduqca böyük və əhəmiyyətlidir. Qalanlarını da izləyirik; tezliklə onlar da dənizin dibində olacaq”, – deyə Tramp yazıb.
O əlavə edib ki, başqa bir hücum zamanı İranın dəniz qərargahları məhv edilib. “Əks halda, onların donanması yaxşı işləyir”, – deyə o qeyd edib.
Musavat.com







