İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp heç “centlemen” də deyilmiş?..

591 23.06.2026 10:42 Yazarlar A A

Belə çıxır ki, həm də səviyyəsiz adammış. Bəli, bir daha: söhbət prezident Trampdan gedir. Doğrusu, İtaliyanı, onun NATO çərçivəsində, Avropa formatında apardığı siyasəti elə də yaxşı bilmirəm. Bildiyim budur ki, C.Meloni bu ölkənin baş naziridir və fransalı Marin Le Pen kimi mühafizəkar, sözün əsl mənasında milli-ənənəvi dəyərlərə, ailə institutuna üstünlük verən bir xanımdır. Bunu iki səbəbdən vurğulayıram.

Birincisi, Tramp da guya mühafizəkar siyasətçi hesab olunur. İkincisi, Qərbdə bir çox kişi siyasətçilər “cinsi azlıqları” hətta bəşəriyyətin simvoluna –“vizit kartı”na çevirməyə çalışanda bu iki xanım milli-ənənəvi, dini dəyərlərə üstünlük verir, hətta “seksual azlıqlar”ın təbliğ olunmasına qarşı çıxırlar.

Yeri gəlmişkən, bu “seksual-cinsi azlıq” söhbəti də indinin və ya dünənin poblemi deyil. bu haqda hətta qədim yunan, Herakl əfsanələrində də yazılıb. Bizə beşinci sinifdən öyrədirdilər (məktəbdəki “Qədim dünya” tarixini nəzərdə tuturam) ki, məsələn, guya Roma imperiyasını barbarlar, vəhşi asiyalı köçərilər dağıtdı. Yox, belə deyildi, onu bundan da xeyli əvvəl ƏXLAQSIZLIQ dağıtmışdı. Nisbətən sonrakı dövrlərdə də, məsələn, orta əsrlərin çox məşhur Fransa krallarından da biri haqqında da yazırdılar ki, bir tərəfində xanımı, o biri tərəfində də “sevimli oğlanı” yatırmış!

Bir daha deyirəm ki, bu, heç də Şərq-Qərb məsələsi də deyil, siz əgər son bir-iki yüz ilin Şərqini də yaxşı tanımaq istəyirsizsə, M.S.Ordubadinin “Dumanlı Təbriz” romanını oxuyun və görün İran zadəganlarının çoxu nə qədər DEQRQDASİYA olunublarmış, nə qədər əxlaqsızlaşıblarmış! Ən əsası da “İncil”dəki Sodom və Qomorra şəhərlərinin aqibətini yaddan çıxarmayın – bir az uşaq dilində yazılsa da, “Qurana“ çatmasa da İncil” də çox böyük bir kitabdır, Tanrı orada da artıq bəşəriyyətə özünün xəbərdarlıığını edibdir.

İnsanlar tez-tez belə şeyləri unudurlar, sanki insan harınlaşır, hətta Allahın yaratdıqlarına “korrektələrini” etməyə başlayır. İstər liberal ol, istər mühafizəkar, istərsə də sadəcə, demokrat, amma necə “unutmaq” olar ki, Allah insanları KİŞİ və QADIN kimi yaradıbdır? Yoxsa insanlıq da inkubator toyuqları kimi “surroqat analar”ın köməyilə artıb-çoxlacaq?
Üçüncüsü, görən, nə əcəb prezident Tramp Putinə, yoldaş Siyə, hətta Kim Çen Ina komplimentlər söyləməkdən çəkinmir, onlarla ünsiyyətdən həzz alır və sonra da elə “statuslar” yazır ki, lap deyərsən, daha Hötenin “Gənc Verteri...” bunun yanında heçdir!..

Amma bunu bir xanım siyasətçi üçün etməyi az qala, özünə aşağılıq, həqarət sayır. Mən hələ despotik ərəb şeyxlərini demirəm, onlar da Trampın böyük dostlarıdır. O gün deyirdilər ki, Qətərin hakim ailəsi ABŞ preizidentinə 400 milyon dollarlıq təyyarə hədiyyə edib! Məncə, bu da Şərq yaltaqlığının təzahürdür. Siz bir maraqlanın, görün, yəhudilər Trampa nə bağışlayıblar?..
Həm də deyəsən, Tramp çox böyük hədiyyələri sevir, əsas da onu kimdən qoparmağı bilir. Nə demək olar? Lap bizə çəkib, birtəhər çıxmasın, elə bil bizim kimidir – xalis Göyçə balasıdır! Biz də ondan Zəngəzuru qopara bilsəydik həm o, deyən olardı, həm də ki, biz deyən – “O olmasın, bu olsun” dakı kimi! Allah sənə rəhmət eləsin, Üzeyir bəy...
Bir daha detirəm ki, biz siyasi yazarlar dünya siyasətinin bütün təfərrüatlarını bilmirik, axı siyasətin də yazılmayan, ən azı kiçik və ucqar bir müsəlman ölkəsinin kiçik bir siyasi yazarının bilmədiyi çox incə detalları var. Bəlkə

Trampın da Melonini sancmaq üçün çox ciddi əsasları var? Kim bilir?..

Ümumiyyətlə, hiss olunur ki, Tramp başqalarını aşağılamağı sevir. Yaxınlarda bunu Netanyahuya qarşı da etdi. Bundan bir az da əvvəl deyəsən, Makronu da sancmış, hətta pərt etmişdi, halbuki bu adamlar xoşumuza gəlməsə də bəzi inkarolunmaz məqamlar var. Birincisi, Qəzzada xeyli günahsız qanlar töksə də (dinc insanların, xüsusən də müsəlman uşaqların ölümünü heç kim bağışlamayacaq ona!) Beynəlxalq Məhkəmə onu hərbi cani adlandırsa da Netanyahu bir məsələdə haqlıdır: İrandakı rejim qaldıqca problemlər də qalacaq, özü də bütün region üçün. İkincisi, Makron bəlkə də çox axmaq adamdır, amma Ukrayna məsələsində israr edən, Rusiyaya qarşı nisbətən sərt mövqe sərgiləyən siyasətçidir. Bir daha deyirik ki, adam Ukraynaya çox diqqət ayırır, həm də bizim bölgədən də Rusiyanı sıxışdırmağa çalışır.

Yenə də deyirik ki, ola bilsin, başqa da hansısa “nüans”lar var və bir siyasi yazar kimi bundan xəbərsizik; mümkündür! Di gəl, biz də seçməliyik; İrəvan kimin orbitində qalsın? Moskvanın, yoxsa Parisin?

Əgər sırf geosiyasətdən söhbət gedirsə, Avropada indi iki əsas dövlət var: bunlar da Fransa və Britaniyadır. Almaniya hələ daha çox inqtisadi güc sayılır, sanki Avropanın Çinidir, amma NATO-da da heç də axırıncı deyil, tamam əksinə, Alyansda ABŞ-dan sonra ikinci olmağa cəhd edir! Britaniya siyasətini ABŞ -la uzlaşdırmağa çalışır (əlbəttə, kənaraçıxmalar da olur). Əsas da “breksit”dən sonra London Avropada bir az zəifləyibdir; bilmirəm, özləri hiss edirmi bunu?..

Sonda qeyd edim ki, “Meloni məsələsi” həm də bir kübarlıq məsələsi idi; hər halda, mənə belə gəlir. Bilirsiniz, böyük vəzifə adamları özlərini böyük aparmağı da bacarmalıdırlar. Belədəsə, bizim Avropada ən böyük ticarət partnyorumuzdur İtaliya. Sözsüz, daha yaxşı olardı ki, bu ticarətin çeşidi bir az genişlənəydi, bura neftdən, qazdan savayı da nəsə əlavə olunaydı. Hər halda, bunu arzulayardıq. İnının, bəlkə hamıdan əvvəl bir dəfə yazmışdım ki, Azərbaycan o vaxt özünü təsdiq edəcək ki, hansısa malın üstündə “Made in Azerbaijan” yazılacaq. O ki qaldı son olaraq Yaxın Şərqdəki vəziyyətə, məncə, gülünc vəziyyətdə qalan tək Tramp deyil, elə mollalar da belə durumdadır. Əgər son olaraq İran nüvə silahı əldə etməkdən əl çəkəcəkdisə, bu yarım əsrlik zillət - çabalar, böyük məhrumiyyətlər, sanksiyalar, böyük xərclər nəyə və kimə lazım idi? Belə bir vəziyyətdə ruhanilərin yerində etik dəyərlərə üstünülük verən, məsuliyyət hiss edən qeyri – siyasi qüvvə olsaydı hakimiyyətdən könüllü imtina edərdi.

Şəxsən tamam bir kənar adi müşahidəçi kimi bizim üçün də çox maraqlıdır ki, İranda hakimiyyətdə demokratik, qərbpərəst qüvvələr olsaydı ABŞ və İsrail yenə də nüvəsiz İran istəyəcəkdilərmi? Amma o da var ki, onlar hətta Türkiyəyə “Petriot”ları satmadılar! Düzdür, NATO mühairbə zamanı Türkiyə səmasının təhlükəsizliyini təmin etdi, amma müsəlman ölkəsinin özünün əlinə müasir silah vermək istəmirlər, necə ki, Rusiya bir vaxt bütün post-sovet ölkələrinə deyirdi ki, qoyun sizin də sərhədlərinizi biz “qoruyaq”. Bəs İrandan və ya Türkiyədən fərqli olaraq axmaq Şimali Koreya nə etdi? Hidrogen bombası da əldə etdilər! Ona görə də düşünürük ki, bu bölgədə -Yaxın Şərqdə sülh yox, yenə pauza olacaq. Bəlkə amerikalılara da daha çox elə bu sərf edir?..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR