İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp deyir ki, ona qarşı ittihamlar seçkiyə müdaxilədir

312 05.04.2023 11:00 Son xəbər A A

ABŞ-ın keçmiş prezidenti Donald Tramp çərşənbə axşamı Nyu-York məhkəməsində ona qarşı irəli sürülən ittihamları seçkiyə müdaxilə adlandırıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Florida ştatının Palm-Biçdəki iqamətgahında çıxış edən respublikaçının sözlərinə görə, onun ölkəsində seçkilərə müdaxilə indi görünməmiş miqyasda baş verir. “Bu, Corc Sorosun dəstəklədiyi prokuror Alvin Bragg ilə başlayır. O, prezident Trampı əldə etmək üçün kampaniya qurmuşdur”, - deyə Tramp bildirib.

O deyib: “İnanılmazdır ki, biz indi uğursuz dövlətik. Biz tənəzzüldə olan bir ölkəyik. İndi də bu radikal sol dəlilər hüquq-mühafizə orqanlarından istifadə edərək seçkilərimizə müdaxilə etmək istəyirlər. Biz buna imkan verə bilmərik. Bütün bunlara baxmayaraq, sevimli ölkəmizin üzərində qara buludlar var, mən şübhə etmirəm ki, biz Amerikanı yenidən böyük edəcəyik”.

Qeyd edək ki, çərşənbə axşamı Nyu-York məhkəməsi Trampı maliyyə fırıldaqlarında ittiham edib. Prokurorların fikrincə, o, bunu 2016-cı il seçki kampaniyası zamanı törədilmiş digər cinayətləri ört-basdır etmək üçün edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR