İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Demokratların ikinci qadın namizədini də əliboş qoya biləcəkmi? - Şərh

923 21.07.2024 23:41 Siyasət A A

Xəbər verdiyimiz ABŞ prezidenti Cozef Bayden partiyasına vitse-prezident Kamala Harrisin namizədliyini məsləhət görüb.

Politoloq Şahin Cəfərlinin fikrincə, Harrisin Demokratların prezidentliyə namizədi olması ehtimalı böyükdür: "Böyük ehtimalla demokratların namizədi məhz hazırkı vitse-prezident olacaq.

Bu, siyasi və texniki baxımdan məntiqli görünür. Çünki Harrisdən imtina etmək ötən 4 illik müddətin uğursuzluğunun qəbulu və Baydenin mirasının rəddi mənasına gələr. Digər tərəfdən, Baydenin hazır seçki qərargahı və seçki fondu var, bunlar avtomatik Harrisin sərəncamına keçəcək. (Tam yeni namizəd yeni qərargah yaratmalı və yeni ianə kampaniyasına başlamalı olacaqdı.)
Atası yamaykalı, anası hindistanlı olan Kamala Devi Harris 1964-cü il təvəllüdlüdür. Hüquq doktorudur. Kaliforniya baş prokuroru vəzifəsində çalışıb və oradan senator seçilib. ABŞ tarixinin ilk qadın vitse-prezidentidir".

Ş.Cəfərli hesab edir ki, Harrisin namizədliyi qələbənin təminatı deyil: "Amma ən azından fiziki və əqli qabiliyyətləri yerində olan siyasətçi kimi Baydendən daha şanslı olacaq və Trampla döyüşə girə biləcək.

Xatırlatmaq yerinə düşər ki, Tramp bundan əvvəl demokratların xanım namizədini məğlub etmişdi və Hillari Klintonun ABŞ-ın ilk qadın prezidenti olmasını əngəlləmişdi.

ABŞ-ı və dünyanı maraqlı, gərgin payız gözləyir".

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR