İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ceyms Devid Vensi ABŞ vitse-prezidentliyinə namizəd kimi irəli sürüb

620 16.07.2024 02:06 Dünya A A

ABŞ prezidentiliyinə namizəd Donald Tramp Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vensi ABŞ vitse-prezidentliyinə namizəd kimi irəli sürdüyünü açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə eks-prezident sahibi olduğu “Truth Social” sosial şəbəkəsində yazıb.

“Çox fikirləşdikdən sonra və bir çox başqalarının möhtəşəm istedadlarını nəzərə alaraq, qərara gəldim ki, ABŞ-nin vitse-prezidenti vəzifəsində çalışacaq ən uyğun şəxs Ohayodan olan senator Ceyms Devid Vensdir”, – o qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR