İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının bu küçəsində kirayə evlər od qiymətinədir - Buna görə imiş...

1258 26.07.2024 14:00 Ölkə A A

Paytaxtın əksər ərazilərində evlərin kirayə qiymətlərinin yüksək olması hamıya məlumdur. Lakin Bakının mərkəz ərazilərində elə küçələr var ki, orada kirayə mənzillər sözün əsl mənasında fantastik sayıla biləcək qiymətlərə təklif olunur. 

Nərimanov rayonu, Teymur Əliyev və Nəsimi rayonu, Həsən Əliyev (keçmiş İnqilab) küçələrində evlərin kirayə dəyəri dodaq uçuqladır. Sözügedən küçələrdə evlərin kirayə qiymətləri ortalama 800-1000 manatdan başlayaraq, 5 min, hətta 6 min manata çatır. Maraqlıdır ki, belə evlərin kirayəsinə tələbat həddən artıq çoxdur. 

Yenisabah.az kirayə qiyməti ifrat dərəcədə yüksək olan belə evlərə göstərilən hədsiz rəğbətin səbəblərini araşdırıb. Məlum olub ki, insanlar arasında bu evlərə tələbatın olmasının arxasında olduqca maraqlı və qəribə nüanslar dayanır. Belə ki, Nərimanov və Nəsimi rayonlarının sözügedən küçə və məhəllələrində sakinlərin mütləq əksəriyyəti maddi imkanı olduqca yüksək şəxslərdir. Burada kirayədə yaşamaq istəyən insanlar da məhz bu səbəbdən, yəni varlı və imkanlı insanlarla qonşu olmaq üçün belə evlərə üz tuturlar. Qəribə görünsə də, həmin məhəllələrin kirayəşinləri varlılarla qonşu olmağı xüsusi prestij, nüfuz və “oliqarxlıq” hesab edir. Araşdırmamız zamanı məlum oldu ki, varlıların mədəni və sakit həyatı belə insanlarda ciddi marağa səbəb olur.

Mövzu ilə bağlı soraqlaşdığımız realtorlar bildirdilər ki, belə evlərə müştəri düşən kirayəçilər “harada yaşayırsan?” sualına "Həsən Əliyev küçəsində" və ya "Teymur Əliyev küçəsində" cavabını verə bilməkdən ötrü onlara həvəslə müraciət edirlər. Realtorların sözlərinə görə, qiymətlər baha olsa da, həmin məhəllələrdə olan kirayə mənzillərə tələbat yüksəkdir. 

Məlumat üçün bildirək ki, hər iki məhəllədə satışa təqdim olunan mənzil və həyət evlərin qiymətləri də paytaxt bazarında “lider” sıralarda qərarlaşıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR