İnsanlara hürriyət, millətlərə istiqlal!

"40 ildir ayrı yataqda yatırıq"

974 26.07.2024 14:22 Şou-biznes A A

78 yaşlı məşhur amerikalı aktrisa Bette Midler 40 illik evliliyindən danışıb.

Midler 1984-cü ildən əri Martin von Haselberqlə evli olduqlarını və münasibətlərinin əvvəlindən ayrı yataq otaqlarında yatdıqlarını açıqlayıb. Evliliklərini "möcüzəli səyahət" olaraq xarakterizə edən Midler bir-birlərinə çox azadlıq verdiklərini, davamlı olaraq bir-birlərini bezdirmədiklərini bildirib.

Aktrisa əlavə edib ki, hələ də xoşbəxt olmalarının sirri məhz 40 ildir ayrı yataqda yatmalarıdır. 

Midler söyləyib ki, həyat yoldaşı xoruldayır. Buna görə də yataq otaqlarını ayırmalı olublar. 

Cütlüyün 1986-cı il təvəllüdlü Sofi adlı bir qızı var. Midler qızını özünün "ən böyük nailiyyəti" hesab etdiyini söyləyib. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR