İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp bu qadına təcavüz edib - SENSASİYA / FOTOLAR

1245 27.01.2024 18:35 Dünya A A

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Manhettendə bir mağazada ona cinsi təcavüz etdiyini iddia edən qadın jurnalistə sosial şəbəkədə "hücum etdiyi" üçün daha 83,3 milyon dollar ödəməyə məhkum edilib.

Musavat.com Euronews-a istinadən xəbər verir ki, Nyu-York məhkəməsinin verdiyi qərar o deməkdir ki, Tramp jurnalist və yazar E. Jean Kerrolla ümumilikdə 88,3 milyon dollar ödəməli olacaq.

Kerroll iddia edir ki, Tramp cinsi zorakılıq iddiasının qaralama olduğunu deyərək onun jurnalist kimi etibarını zədələyib.

ABŞ-ın keçmiş prezidenti isə bu qərara etiraz edib və Nyu-York məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Qeyd edək ki, daha əvvəl Trampın ona qarşı cinsi zorakılıq göstərdiyini iddia edən Kerrol məhkəmədə qalib gəlib. Qadın jurnalist mətbuat katibi vasitəsilə verdiyi açıqlamada deyib: "Bu, yıxılanda ayağa qalxan hər qadın üçün böyük bir qələbədir və buna cəhd edən hər zorba üçün böyük bir məğlubiyyətdir".

Tramp isə günün əvvəlində dinləmələrdə iştirak edib, lakin Kerrollun vəkilinin yekun arqumentləri zamanı məhkəmə zalını tərk edib. O, öz vəkilinin yekun çıxışı və bəzi müşavirələr üçün qayıdıb, lakin hökmün oxunmasına yarım saat qalmış məhkəmə binasını tərk edib.

"Mütləq cəfəngiyatdır! Hüquq sistemimiz nəzarətdən çıxıb və siyasi silah kimi istifadə olunur", - o, qısa müddət sonra açıqlamasında deyib.

Bu açıqlamadan sonra Kerroll yenidən məhkəməyə müraciət edərək, Trampın onun haqqında qaralama kampaniyası apardığını bildirib və məhkəmədə qalib gəlib.

Hazırda Tramp 2020-ci il prezident seçkilərini ləğv etməyə cəhddə, məxfi sənədlərlə səhv davranmaqda və pornoulduza rüşvət verməkdə ittiham olunur, ümumilikdı isə 91 ittihamla üz-üzədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR