İnsanlara hürriyət, millətlərə istiqlal!

"Trabzonspor" "Fənərbağça"nı məğlub etdi

616 25.12.2022 00:58 İdman A A

Futbol üzrə Türkiyə Super Liqasının ikinci dövrəsinin ilk turu mərkəzi qarşılaşma ilə yadda qalıb.

BAKU.WS-in məlumatına görə, son çempion "Trabzonspor" hazırkı lider "Fənərbağça" klubunu qonaq edib. Qarşılaşma 2:0 hesabı ilə ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın 61-ci dəqiqəsində Maksi Qomez hesabı açıb. Trezege isə oyuna əlavə edilən 11-ci dəqiqədə "Qara dəniz fırtınası"nın üstünlüyünü 2 topa çatdırıb.

Qara dəniz təmsilçisi bu qələbə sayəsində aktivindəki xalların sayını 26-ya çatdırıb. "Fənərbağça" isə 29 xal toplaya bilib. "Fənərbağça"nın ən yaxın izləyicisi 27 xalla "Qalatasaray" klubudur. "Sarı-qırmızılar" sabah üz-üzə gələcəkləri "İstanbulspor" kollektivi ilə matçdan qələbə ilə ayrıla bilsələr vahid liderə çevriləcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR