İnsanlara hürriyət, millətlərə istiqlal!

“Toyota” 2022-ci maliyyə ilində 275 milyard dollarlıq satış edib

444 10.05.2023 13:03 Son xəbər A A

Yaponiyanın “Toyota Motor” avtomobil konserni 2022-ci maliyyə ilində (2022-ci il aprelin 1-dən 2023-cü il martın 31-dək) 37,15 trilyon yen (275 milyard dollar) həcmində satışa nail olub ki, bu da kompaniya üçün rekord göstəricidir.

AZƏRTAC xəbər verir ki, bu barədə avtomobil konserninin statistik məlumatlarında deyilir.

2022-ci ildə kompaniyanın xalis gəliri öncəki illə müqayisədə 14 faiz – 2,45 trilyon yen (18,1 milyard dollar) azalıb. Bu disbalans xammal xərclərinin artması ilə izah olunur.

“Toyota Motor” 2026-cı ilə qədər on yeni elektromobil modelinin istehsalını planlaşdırır. Kompaniya, həmçinin 2030-cu ildən Avropada, 2035-ci ildən isə Çində yalnız elektrik və hibrid mühərrikli avtomobillərin satışını həyata keçirəcək.

Eyni zamanda Yaponiyanın avtomobil konserni və onun törəmə kompaniyaları olan “Daihatsu” və “Hino” 2022-ci maliyyə ilində rekord sayda avtomobil istehsal edib.

Məlumata görə, ötən maliyyə ilində “Toyota” 10,73 milyon avtomobil istehsal edib və bütün dünya üzrə 10,56 milyon avtomobil satıb. Yaponiyanın avtomobil istehsalçısı artıq ardıcıl olaraq üçüncü ildir ki, satış göstəricilərinə görə əsas rəqibi “Volkswagen” konsernini qabaqlayır. Almaniya konserni 2022-ci ilin 12 ayı ərzində cəmi 8,26 milyon avtomobil satmağa müvəffəq olub

“Toyota” və “Volkswagen” son illər avtomobil satışlarında liderlik uğrunda mübarizə aparır. Yaponiya konserni dörd illik fasilədən sonra 2020-ci ildə bu göstərici üzrə liderliyi özünə qaytarıb və həmin vaxtdan başlayaraq rəqiblər arasında satış fərqi artmaqda davam edir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR