İnsanlara hürriyət, millətlərə istiqlal!

Toyda erməni gəlinə təcavüz edən Samvel Babayan - ŞOK FAKTLAR

2882 31.07.2023 20:08 Gündəm A A

Erməni bloqer Albert İsakovun "YouTube" kanalında vaxtaşırı efirə gedən canlı bağlantısına qonaq olan Sarkis Qabuzyan Ermənistanın paytaxtı Yerevanda yaşadığı dövrdə o vaxtkı hakimiyyətin onun  və ailəsinin başına gətirilən faciələrdən danışıb. 

News24.az xəbər verir ki, 48 yaşlı S. Qabuzyan 1991-1992-ci illərdə ailəsi ilə birlikdə xırda ticarətlə məşğul olduqları dövrdə Meruj adlı bir nəfərin onlarla bərabər işləmək istədiyini, onun müflis olması ilə də Qabuzyan ailəsinin pis günlərinin başladığını deyib. 

Belə ki, Merujun anası bu barədə o zaman Qarabağ separatçılarının komandirlərindən olan, "İJO" ləqəbli Samvel Babayana danışıb. 

S. Babayanın göstərişi ilə Sarkisin atasını gecə saatlarında evindən götürərək, birbaşa Qarabağa aparırlar. Hətta bu əməliyyatda Samvelin özü də iştirak edib.



Sarkis deyib ki, atasını orada girovluqda saxlayanlar onun buraxılması üçün pul tələb ediblər:

"1994-cü il idi. O zaman biz Yerevanda yaşayırdıq. Əslən də irəvanlıyıq. "Molodyojnıy" metro stansiyasının yaxınlığında ticarət mərkəzimiz var idi. O dövrdə insanları küçələrdən yığıb Qarabağa aparırdılar. Samvel Babayanın göstərişi ilə həmin ilin yayında gəlib atamı apardılar. O, 4 ay Şuşa həbsxanasında qaldı. Bizə də dedilər ki, 6 min dollar gətirməsəniz, atanızı azad etməyəcəyik. Ora aparılanda çəkisi 80 kiloqram idi, amma çıxanda 45 kiloqrama düşmüşdü. Danışırdı ki, orada 15-20 nəfəri eyni kamerada saxlayır, gün ərzində 20 nəfərə bir ədəd çörək, bir şüşə su verirdilər. Sonra Samvel dedi ki, bilirsiniz nə var? Siz bizə pul verməlisiniz. Evinizi satıb, pulunu mənə gətirin. Bir sözlə, evi satmaq lazım olanda biz dedik ki, pulumuz yoxdur. Ev atamın adınadır, o isə Qarabağa gedib. Axı evi necə sata bilərdik? O zaman biz hər yerə müraciət etdik, nəhayət əlimiz Vazgen Sarkisyana da çatdı. Tanışlarımız vasitəsilə Ermənistanın baş prokuroruna da müraciət etmişdik".


HAŞİYƏ: Samvel Babayan - 1965-ci ildə Azərbaycanın Xankəndi şəhərində doğulub. 1982-ci ildə orta təhsilini başa vuraraq, Almaniyada hərbi xidmət keçib. 1986-1989-cu illərdə Xankəndidəki Sənaye Kombinatında işləyib. 1988-ci ildə ermənilərin başlatdığı Qarabağ hərəkatında iştirak edib. Vaxtilə bir çox ərazilərimizin işğalında, eləcə də qondarma separatçı rejimin idarəolunmasında yaxından iştirak edib. Şuşa şəhərinin işğal əməliyyatının rəhbərlərindən olub. O, eyni zamanda Laçın, Kəlbəcər, Qubadlı, Zəngilən, Cəbrayıl, eləcə də Ağdamın işğalına bilavasitə rəhbərlik edib. 2000-ci ilin martında qondarma rejmin o vaxtkı rəhbəri Arkadiy Qukasyana sui-qəsd ittihamı ilə 14 il azadlıqdan məhrum edilib. 2004-cü ildə həbsdən çıxmağa nail olub. 2005-ci ildən Ermənistanda aktiv siyasətə qoşulub. 



Sarkis Qabuzyan bildirib ki, o zaman atasını Samvel Babayanın anasının göstərişi ilə həbs edib, sonra da 6 min dollar pul istəyiblər. Qabuzyan ailəsi pulu tapa bilmədiyindən evlərini satıb deyilən məbləği verməyə məcbur olub. 

Daha sonra fikirlərinə davam edən S. Qabuzyan əlavə edib ki, atası həbs olunan gün onu da saxlayıblar, lakin əsgərlərin əlindən qaça bilib. 

O gün S. Babayan və dəstəsi Qabuzyan ailəsini girov götürmək üçün  xüsusi silahlı hərbi bölük göndərib. Əsas məqsəd də yaşadıqları evin satılması və pulun ələ keçirilməsi olub:

"Həmin bölüyün qarabağlı olan komandiri də ora gəldi və məsələni bilavasitə özünün həll edəcəyini dedi. O gedib bölmənin rəisi ilə danışdı. Bir azdan rəis çıxıb dedi ki, bağışlayın, amma mən heç nə edə bilməyəcəyəm. Sonra məni həmin hərbçilərə təhvil verdi. Dedi ki, əks halda onun özünü də işdən çıxaracaqlar. Anam ağlayırdı. O dövrdə 18 yaşım olsa da hər şeyi xatırlayıram. Oradakı 30 nəfərin hamısı avtomatla silahlanmışdı. Mənə dedilər ki, tərpənsən səni dəlik-deşik edəcəyik. Əllərimi qandallayıb şəhərdəki alayın binasına apardılar".

S. Qabuzyan Ermənistanda "qəhrəman" səviyyəsinə yüksəldilən Samvel Babayanın digər çirkin əməllərindən də danışır. Belə ki, bir gün o, "YouTube" platformasında Samvelin satqın, hətta qızlara təcavüz etməkdən həzz alan bir insan olduğu barədə məlumat eşidib. Belə ki, S. Babayan növbəti çirkin əməlini Qarabağdan olan cütlüyün toyunda törədib:

"YouTube"da Samvel Babayan haqqında olan müxtəlif efirləri izləyib və o videolara şərh kimi yazırdım ki, o qədər də yaxşı adam deyil, xalq qəhrəmanı isə heç deyil. O, millətini satan adamdır. Bir qız canlı efirə qoşuldu və yazdı ki, rəfiqəsi ailə quranda Samvel Babayanı xaç atası kimi toya dəvət etmişdilər. O toya gəlib, elə oradaca gəlinə təcavüz edib getdi. Sonra həmin cütlük utandığından Rusiyaya qaçdı. Onu da deyim ki, mənim atamla eyni vaxtda həbsxanada çoxsaylı günahsız insan vardı. Onları girovluqda saxlayanlar gözləyirdi ki, bu adamlar da da evlərini satsın. Beləcə onların da pulunu əllərindən zorla alırdılar". 

Qeyd edək ki, hazırda 58 yaşlı Samvel Babayan Ermənistanda aktiv siyasətlə məşğul olur. Belə ki, o 2019-cu ildə təsis olunan "Vahid Vətən" partiyasının lideridir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR