İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuz döyüşü kimi Sentyabr savaşı - beynəlxalq hüquq deyir ki...

3611 14.09.2022 19:25 Gündəm A A

İşğalçı Ermənistan 33 ildən çoxdur ki, Cənubi Qafqaz regionunda sabitliyi pozub, bölgəni qan çanağına çevirib. 1990-cı illərin əvvəllərində Azərbaycanın 20 faiz torpaqlarını işğal etdi, soyqırımlar, faciələr, törətdi. Son 33 il ərzində tam bir terrorçu dövlət kimi davrandı. Heç bir beynəlxalq norma tanımadı, dünya birliyi də ədalətsiz davranaraq, işğala, terrora son qoymadı, qoya bilmədi, qoymaq istəmədi. 2020-ci ilin yayında düşmən lap azğınlaşdı, məlum Tovuz hadisələri baş verdi, general Polad Həşimov, polkovnik İlqar Mirzəyev başda olmaqla, 11 hərbçimiz şəhid oldu. Ermənistanın bu təxribatı Bundan sonra səbir kasası daşan Azərbaycan nəhayət, 2020-ci ilin payızında işğala son qoydu.
Azərbaycan ordusu haqq işimizi başa çatdırdıqdan, yəni işğala son qoyduqdan sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dünyaya münaqişənin bitdiyi, Azərbaycanın sülh tərəfdarı olduğunu israrla, dəfələrlə bəyan etdi. Bölgədə davamlı sülhə, Ermənistanla əməkdaşlığa, kommunikasiyaların, 10 noyabr üçtərəfli bəyanatda nəzərdə tutulmuş Zəngəzur dəhlizinin açılmasına nail olmaq üçün Azərbaycan əlindən gələni etdi, bütün səylərini buna yönəltdi, humanizm prinsiplərini önə çəkdi. Qarabağda abadlıq işləri başladı, Qarabağdakı ermənilərin Ermənistanla əlaqəsi üçün Laçın dəhlizinə alternativ yol çəkildi, məhkum olunmuş erməni diversantların əksəri azad edilib geri qaytarıldı və s. Nəhayət, son Brüssel görüşündən sonra ilin sonunadək sülh müqaviləsinin imzalanacağından danışılırdı.
Belə bir həssas məqamda Ermənistan sözün əsl mənasında növbəti bəşəri, hərbi cinayətini törətdi.
Avqustun sonlarından başlayaraq, demək olar ki, hər gün atəşkəsi pozur, mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tuturdular. Sentyabrın 12-də isə genişmiqyaslı təxribat törətdilər. Baş verənlərdən nəticələrdən artıq hər kəs xəbərdardır: Qısaca ifadə etsək, sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist, təxribatçı siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir!
Beləliklə, Ermənistan bir daha sübut etdi ki, sülh istəmir! Həmçinin, o da aydın oldu ki, Ermənistan hakimiyyəti xarici təsir dairələrinin əlində oyuncaqdır və bölgədə sülh olmasını istəməyən güclərin diqtəsilə hərəkət edir!
Faktiki olaraq xeyli müddətdir Ermənistan beynəlxalq arenada Azərbaycana qarşı qərəzli kampaniya aparırdı, sülh danışıqlarını pozmaq üçün əlindən gələn nə varsa edirdi. Paşinyan hökuməti real addımları, davranışları ilə kommunikasiyaların açılması, bölgədə təhlükəsizliyin təmin olunması, əməkdaşlığın başlaması yönündə verilən bütün təşəbbüslərə qarşı çıxırdı, atılan addımları sabotaj edirdi.
Hər kəs şahiddir ki, Ermənistan 10 noyabr bəyanatının tələblərini, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən birmənalı şəkildə imtina edirdi. Paralelində revanşist siyasət aparır, “silahlanıb yenidən hücum edəcəyik” mesajlarını verir, Qarabağa “müstəqillik” avantüralarını yenidən dövriyyəyə buraxırdılar.
Bu yöndə real addımlar atdıqları da fiksə olunub: ordunu Rusiyadan, ABŞ, Fransa və digər Avropa ölkələrindən silahlar almaqla revanşist iddiaları stimullaşdırırdı. Aylar öncə Ermənistana müxtəlif istiqamətlərdən təyyarələr silah daşınması da deşifrə olunmuşdu.
Kəlbəcər, Laçın istiqamətində - Ermənistanın Azərbaycanla sərhədi boyunca hərbi plasdarm formalaşdırırdı. Əlbəttə, Azərbaycan tərəfi anlayırdı ki, burada məqsəd növbəti hücumlara, təxribatlara hazırlıqdır. Bunu Azərbaycan rəsmiləri dünyanın diqqətinə çatdırmışdılar.
Laçın şəhərinin, Zabux və Sus kəndlərinin təhvilindən sonra daxildə ictimai rəyi dəyişdirmək, təzyiqləri azaltmaq üçün Ermənistan hakimiyyəti təxribatlarını intensivləşdirdi, çünki bu reallığı qəbul etmək istəmirdilər.
Ermənistanın davranışları müharibəyə yenidən başlamaq cəhdi kimi qiymətləndirilməlidir və 12-13 sentyabrda baş verənlər birmənalı şəkildə 2020-ci il iyulun 12-də törətdikləri Tovuz hadisələri ilə demək olar ki, eynilik təşkil edir. O zaman Tovuz istiqamətində təcavüzkarlıq edən, biri general Polad Həşimov olmaqla 11 hərbçimizi şəhid edən Ermənistana layiqli cavab verilmişdi. Hətta belə fikirlər də formalaşmışdı ki, 44 günlük Vətən müharibəsi Tovuz hadisələrindən başlayıb...

maxresdefault.jpg (152 KB)
12-13 sentyabrda da Ermənistan faktiki olaraq Tovuz hadisələrinə oxşar təxribat törətdi və Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına cavab vermək, dövlətin, ordunun, xalqın təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. Bu, Azərbaycanın həm konstitusion, həm də beynəlxalq normalarla tənzimlənən hüququdur.
Hansı ki, indi Ermənistan səsini başına atıb ki, guya Azərbaycan ordusu Ermənistan ərazisinə “təcavüz edib”. Bəzi ermənipərəst dairələr, ölkələr də bu “təcavüz” uydurmasına inanaraq, Azərbaycana qarşı qərəzlərini davam etdirirlər.

Amma anlamaq istəmirlər ki, əvvəla, məhz Ermənistanın təxribatı səbəbindən baş verən toqquşma, qarşıdurma baş verən ərazilərdə sərhəd müəyyən olunmayıb. Bunun da günahı məhz Ermənistanın üzərindədir, delimitasiya, demarkasiyadan boyun qaçırırlar. Digər tərəfdən, hətta hesab etsək ki, Azərbaycanın vurub sıradan çıxardığı hərbi obyektlər, silah-sursatlar, texnikaların dislokasiya yeri Ermənistanın ərazisidir, burada Azərbaycanın heç bir günahı yoxdur. Çünki həmin yerlərdən Azərbaycana atəş açılıb, ordumuz da qanuna, beynəlxalq hüquqa uyğun şəkildə ona təhlükə törədən, təhdid edən nöqtələri susdurub.
Azərbaycan əsgəri Azərbaycanın dövlət sərhədinin Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində Ermənistanın təxribatlarına layiqli cavab verib və verməkdədir.
Xarici dövlətlərin “qınaqları” isə tamamilə yersizdir, qərəzlidir. Bunu Qərbdə də yaxşı tanınan, beynəlxalq hüququ dərindən bilən hüquqşünas Ələsgər Məmmədli gözəl izah edib.

elesger-memmedli-yenijpg-1647073302.jpg (108 KB)

Sitat: “Beynəlxalq hüquq ərazi bütünlüyünü pozan, insanların təhlükəsizliyini təhlükəyə atan hərəkətlərdə dövlətlərin özünümüdafiə hüququnu tanıyır.
Özünümüdafiə hüququ sərhədlərdən kənarda olsa da yaxın təhlükə yaradırsa, dövlət öz insanlarının və ərazisinin təhlükəsizliyi üçün zəruri özünümüdafiə tədbirləri görə bilər.
Yaxın tariximizdə bu hüququ ən geniş şəkildə ABŞ istifadə edib.
11 sentyabrdan sonra ABŞ-ın ərazisinin və əhalisinin təhlükəsizliyini əsas tutub, təhdid hesab etdiyi Əl-Qaidəni zərərsizləşdirmək üçün İraqı və Əfqanıstanı işğal edib.
Müxtəlif mənbələrin məlumatına görə sadəcə İraqda 300 mindən çox insan öldürülüb, yarım milyon insan yaralanıb və QHT-lərin alternativ hesablamalarına görə ölən sivillərin sayı 128 mindən çox olub. İraqda hər cür qadağan olunmuş silahlardan istifadə olunub, kütləvi şəkildə həbs düşərgələrində minlərlə insan işgəncə görüb, öldürülüb.
Əfqanıstanda olan itkilər də bundan geri qalmır.
Bütün bunları edən tərəf olan ABŞ-ın əlində əsas silah ölkəsinin və insanını təhlükəsizliyini təhdid edən 11 sentyabr olayı.
11 sentyabr həqiqətən də sivillərə yönələn insanlıq suçu idi. Eynilə Xocalıdakı sivillərə yönələn insanlıq suçu kimi.
11 sentyabrda toplam həyatını itirən 3 min nəfərədək insan olduğu bildirilib. Amma erməni terrorundan hansı şəraitdə öldürüldüyü, harada gömüldüyü məlum olmayan 4 mindən çox itkin Azərbaycanlı mövcuddur. Ölənlərin sayı isə 11 sentyabrdakından dəfələrlə çoxdur.
12 Sentyabrdakı ölkə ərazisinə və əhalisinə yönəlik yaxın təhdidi 11 sentyabr olayından fərqli görmək mümkün deyil. Hər ikisində yaxın təhdid var və hər ikisində beynəlxalq hüquq yaxın təhdidi önləyici addımlar atmağı zəruri hesab edir.
Nə var ki, Azərbaycanın önləyici addımları ölkənin miqyasına nisbətdə çox kiçikdir və ABŞ-ın etdiklərinin zərrəciyi qədərdir.
ABŞ Səfirliyinin sübh-tezdən açıqlamasında ciddi narahatlıqlarını gördüyümdən, bu yaxın tarixi hadisələri bir daha xatırlatmaq istədim. Hamımız narahatıq. Biz sülh istəyirik. Sülh silahı yerə qoymaqla, qonşunun ərazisindən silahlı birliklərini çəkməklə, qonşunun legitim ərazisinin çərçivələrini qəbul etməklə mümkündür. Sülh istəyən hər kəs, gərək buna çağırış etsin!”.

Bəli, Azərbaycan məhz özünə yönələn təhlükələri dəf edib, bunu həm konstitusiyamız, həm də beynəlxalq normalar tələb edir. Sabah da, o biri gün də Ermənistan, yaxud da hər hansı bir ölkə Azərbaycana atəş açarsa, onun təhlükəsizliyini təhdid edərsə, Azərbaycan həmin atəş nöqtələrini susdurub, öz xalqının, dövlətinin təhlükəsizliyini qorumaq hüququnu özündə saxlayır. Eynilə ABŞ, Fransa, Rusiya və s. kimi...

Rusiya 7 aydır Ukraynada “xüsusi əməliyyat” keçirir, səbəbini də belə izah etməyə çalışır ki, Ukraynadan Rusiyaya təhdid, təhlükə var, qarşısını alırıq.
ABŞ-a sabah Kubadan uzaq mənzilli raket atılsa, Amerika öz təhlükəsizliyini qorumaq üçün onun başına bombalar yağdıracaq, yerlə-yeksan edəcək.
Fransaya hər hansı bir qonşusundan atəş açılsa, Fransa da öz təhlükəsizliyini qorumaq haqqına malikdir və beşqat cavab verəcək.
Azərbaycan da məhz öz təhlükəsizliyini qoruyur və buna görə yalnız işğalçı Ermənistana irad bildirmək olar. Onu durdurmaq lazımdır, çünki təxribatı törədən onlardır!

Ermənistan da, dünya da bilsin ki, hər bir avantüra, təxribat cavabsız qalmayacaq, qala bilməz. Azərbaycan özünü müdafiə etmək gücündə, qüdrətində olan ölkədir. Ermənistanın şivənliklə, birilərinin bu şivənə hansısa formada dəstək verməsilə nələrəsə nail olacaqları da utopiyadır. 44 günlük savaşdan sonra Azərbaycan bölgədə yeni reallıqlar formalaşdırıb. Şübhəsiz ki, baş verənlər həm də bir balaca özünə gələn Ermənistanın və onun havadarlarının bu reallıqların dəyişdirilməsi cəhdi idi. Düzdür, biz bu zaman 50 şəhid verdik, mənfur düşmən buna nail oldu.

307038488_5201311019995158_7909475544749942325_n.jpg (503 KB)

Ancaq paralelində Ermənistanın azı 200 leşi var, yaralılarının sayı-hesabı yoxdur. Haylar İrəvanda küçələrə tökülüşüb, yoxa çıxan, əsir götürülən onlarla erməni dığasını axtarırlar.
Ermənistan formalaşmış reallıqları dəyişdirməyə cəhd edərsə, bu, onun özü üçün daha ağır faciələrlə nəticələnəcək. Azərbaycanı hər hansı bir təxribatla geri çəkmək, ruhdan salmaq mümkün olmayacaq.
Acılarımız, göynərtilərimiz səbəbindən, bu kontekstdən yanaşıldıqda bəlkə də müqayisə müəyyən qədər doğru deyil, çünki 50 şəhidimizin hər birinə görə bütün erməniləri leş etsək də ürəyimiz soyumaz.
Ancaq soyuq təhlillə yanaşsaq ortada olan reallıqlara baxaq: 12-13 sentyabrda nələrə nail olduq? Əvvəla, ordumuz Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində formalaşdırdığı, ölkəmizin təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri yerlə-yeksan etdi. Ermənistan bunları bərpa etməyə illərlə nail ola bilməyəcək.
Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Artıq nə indi, nə də gələcəkdə Ermənistanın Azərbaycana o istiqamətlərdə hər hansı real təhlükə yaratması mümkün olmayacaq...
Allah şəhid olan 50 igidimizə rəhmət eləsin!

50 qəhrəmanımız Vətənimizi, şərəfimizi qorumaq, ermənilərin növbəti təcavüzkarlığının qarşısını almaq üçün şəhid oldular. Eynilə 2020-ci ilin iyulunda general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər hərbçilərimizin qəhrəmanlığını, igidliyini, şücaətini, əzmini bir daha düşmənə və bütün dünyaya təkrarən nümayiş etdirdilər.
Nə edək, yağı düşmənin qarşısından qaçmaq haqqımız yoxdur, biz QALİB XALQıq, daim də qalib olacağıq. Sanki taleyimiz, qismətimiz belə yazılıb, dövlətimizi, xalqımızı mənfurlardan qorumaq, şəhidlər vermək hesabına başa gəlir. Çünki qonşuluğumuzda yaramaz bir toplum var. Bu da bir dərs olsun bizə. Bir daha o qənaətimiz möhkəmləndi ki, bu şərəfsiz dövlətlə öz dilində danışmaqdan başqa yol yoxdur.

Elşad MƏMMƏDLİ
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR