“Mən bu hadisələri diqqətlə izləyirəm, lakin cinayət işi ilə bağlı istintaqa heç bir şəkildə müdaxilə edə bilmərəm”.
Musavat.com xəbər verir ki, bunu Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan sentyabrın 24-də jurnalistlərlə söhbətində deyib.
“Məhkəmə sədri kimi çıxış vaxtı gələndə mütləq danışacağıq”, - deyə Dilanyan bildirib.
Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsinin üzvü Hrayr Tovmasyana qarşı yerli prokurorluq tərəfindən cinayət işi başlanıb və hətta iki maddə üzrə təqsirli bilinib.
Musavat.com