Hakim "Gürcü Arzusu" partiyasının siyasətinə qarşı etiraz olaraq Gürcüstanda ümumi tətil keçirilib.
Musavat.com xəbər verir ki, tətilə mağaza, aptek, kafe və restoran işçiləri, xəstəxana, bank və digər şirkətlərin əməkdaşları qoşulub.
Tədbir yerli vaxtla saat 15:00-dan 18:00-a qədər davam edib.
Təşkilatçılar bu tətili "xəbərdarlıq" tədbiri adlandırırlar. Tətili Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili də dəstəkləyib.
Tətilin məqsədi hakim "Gürcü Arzusu" partiyası siyasətini dəyişməzsə, Gürcüstanın təcrid vəziyyətində qalacağını göstərməkdir. Tətil iştirakçıları parlamentə təkrar seçkilərin keçirilməsini və noyabr ayının sonundan etibarən ölkədə davam edən etiraz aksiyalarında saxlanılan bütün şəxslərin azad edilməsini tələb edirlər.
Musavat.com