İnsanlara hürriyət, millətlərə istiqlal!

Toto Kutunyo vəfat etdi- VİDEO

2574 22.08.2023 19:45 Son xəbər A A

Dünyaca məşhur müğənni-bəstəkar, italiyalı Toto Kutunyo vəfat edib.

Musavat.com ANSA agentliyinə istinadən xəbər verir ki, milyonların sevimlisi 80 yaşında Milanın San-Raffaele xəstəxanasında dünyasını dəyişib.

Müğənninin meneceri Danilo Mankuzo agentliyə açıqlamasında bildirib ki, Toto Kutunyonun səhhəti son aylarda uzun sürən xəstəliklər nəticəsində kəskin pisləşibmiş.

Xatırladaq ki, 2013-cü ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Baku Crystal Hall"da konsert verən Toto Kutunyo Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i Azərbaycan dilində ifa edib.

Toto Kutunyo 1943-cü ildə Toskanada anadan olub. Adreano Çelentano, Co Dasen, Dalida kimi müğənnilərlə əməkdaşlıq edib. 1990-cı ildə Zaqrebdə keçirilən Avroviziya yarışmasının qalibi olub. Onu məşhurlaşdıran əsas mahnısı “L’italiano” olub.

2009-cu ildə müğənnidə xərçəng xəstəliyi aşkarlanıb, uzun sürən müalicələrdən sonra sağalıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR