İnsanlara hürriyət, millətlərə istiqlal!

Torpaq sürüşməsi 100 nəfərin HƏYATINA SON QOYDU

655 24.05.2024 13:56 Dünya A A

Papua-Yeni Qvineyanın Kaokalam kəndində torpaq sürüşməsi baş verib və nəticədə 100-dən çox insan həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı hadisə şahidlərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, təbii fəlak səhər tezdən, qəsəbənin yaxınlığındakı qayanın uçması nəticəsində baş verib.

Səlahiyyətlilər ölənlərin sayı ilə bağlı rəsmi məlumat yaymayıblar.

Məlumata görə, sağ qalan sakinlər cəsədləri torpaq altından çıxarmağa başlayıb. Ancaq torpaqda nəhəng daşların və ağacların olması axtarış-xilasetmə işlərini çətinləşdirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR