İnsanlara hürriyət, millətlərə istiqlal!

Tofiq Zülfüqarov: “Dəmir yumruq” Ermənistanda...

1216 08.06.2026 19:09 Siyasət A A

Ermənistanda keçirilən parlament seçkiləri Bakıda maraqlı reaksiyalara səbəb olub.

Musavat.com xəbər verir ki, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında bununla bağlı diqqətçəkən paylaşım edib.

Zülfüqarov yazıb ki, “dəmir yumruq” son beş ildə Ermənistan vətəndaşlarının təxminən yarısını “Miatsum” adlandırdığı siyasi düşüncədən uzaqlaşdıra bilib.

“Azərbaycan vətəndaşlarını təbrik edirəm ki, “Dəmir Yumruq” beş il ərzində Ermənistan vətəndaşlarının təxminən 50 faizini “Mitasum” adlanan siyasi şizofreniyadan sağalda bilib. Müalicə prosesini davam etdirmək lazımdır!”, - sabiq nazir qeyd edib.

Qeyd edək ki, “Miatsum” termini Qarabağın Ermənistana birləşdirilməsi ideyasını müdafiə edən hərəkatın adı kimi tanınır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR