İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiqran Xaçatryan saxlanıldı

2392 09.11.2023 20:49 Region A A

Ermənistan Respublikasının Zəngəzur vilayətinin keçmiş qubernatorunun oğlu Tiqran Xaçatryan saxlanılıb.

Tiqran Xaçatryanın Gorus şəhərində silahdan istifadə etməklə xuliqanlıqda və bir şəxsə yüngül bədən xəsarəti yetirilməsində iştirakı müəyyən edilib.

Bu barədə Ermənistan Respublikası İstintaq Komitəsinin mətbuat xidməti bildirib.

Qeyd edək ki, Tiqran Xaçatryan Ermənistanın Zəngəzur (Sünik) vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğludur.

Məlumata görə, Tiqran Xaçatryan avtomobil təkərlərinin satışı ilə məşğul olan 46 yaşlı iş adamı ilə münasibətlərinə aydınlıq gətirərkən, yanında olan silahdan ona atəş açaraq yüngül xəsarət yetirib, daha sonra hadisə yerindən qaçıb.

O, saxlanılaraq istintaqa təhvil verilib.//Yenisabah

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR