İnsanlara hürriyət, millətlərə istiqlal!

Timor-Leste Prezidenti Ukrayna ilə Suriya və Yəmənə yardım arasındakı fərqi etik saymayıb

461 09.03.2023 22:34 Siyasət A A

“İstehlak qiymətləri artmaqdadır”.

APA-nın xəbərinə görə, bunu bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdid dövrü: İqlim dəyişikliyi, Qida təhlükəsizliyi, Nüvə təhlükəsizliyi” adlı paneldə Timor-Leste Demokratik Respublikasının Prezidenti, 1996-cı il Nobel Sülh Mükafatı laureatı Xose Ramos Horta bildirib.

Xose Ramos Horta deyib ki, ölkəsi İndoneziyadan maye yağ alır: “Maye yağının 5 litri 4 dollar idi, Ukrayna müharibəsi başladıqdan sonra qiyməti 13-14 dollara qədər artdı. Yağı evə mən alıram, ona görə də bunu dəqiq bilirəm. Düyü də bahalaşdı. Bu, kasıb olan insanlara da təsiri göstərdi”.

Xose Ramos Horta qeyd edib ki, bütün ölkələr Ukraynaya yardım edir, ölkəsi də Ukraynaya 2 milyon dollar yardım ayırıb: “Ancaq Suriya və Yəməni, orada aclıq çəkənləri də görürük. Bu, əxlaq baxımından məyusedici məqamdır, etik bir məsələdir. ABŞ və Avropa Yunanıstana, İrlandiyaya və Portuqaliyaya dəstək üçün milyonlarla dollar pul tapır. Güclülər və zənginlərin böhran əsnasında özlərini necə apardığını gördük”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR