İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdən “3+3” və sülh müqaviləsi açıqlaması

1213 01.11.2023 11:12 Son xəbər A A

Rəsmi Tiflis Azərbaycanın ideya müəllifi olduğu, Türkiyənin ilk gündən dəstəklədiyi “3+3” əməkdaşlıq formatında dolayısı ilə iştirak etmək niyyətini açıqlayıb.

Musavat.com-un məlumatına görə, Gürcüstan bəyan edib ki, “3+3” danışıqlarında iştirakdan imtina regional problemlərdən geri çəkilmək demək deyil.

Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Nikoloz Samxaradze OTG telekanalının efirində qeyd edib ki, hakimiyyət Tiflisdə sülh müqaviləsinin imzalanmasına da ümid edir.  

Qeyd edək ki, Gürcüstan baş nazirinin Azərbaycan və Ermənistan arasında danışıqlarda Tiflisin evsahibliyi etməsi barədə təşəbbüsünə Bakıdan müsbət cavab verilsə də, İrəvan hələlik bu təklifə konkret mövqe sərgiləməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR