İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarədə üsyan: Qəza qapısını açıb qanadın üzərinə çıxdı, sərnişinlər dəstək verdi 

1157 28.01.2024 14:58 Dünya A A

Mexiko hava limanında 4 saatlıq gecikmədən sonra mindiyi təyyarənin təcili çıxış qapısını açıb qanadına doğru gedən qəzəbli şəxs polis tərəfindən həbs edilib.

Hava limanı rəsmiləri cümə axşamı günü Qvatemalaya uçan “AeroMexico” reysinin gecikdiyini təsdiqləyib. İğtişaş törədən şəxs polis tərəfindən həbs edilsə də, təyyarənin digər sərnişinləri yazılı açıqlama verərək ona dəstək olublar.

Aviaşirkətin onları 4 saat ventilyasiya və su olmadan təyyarədə gözləməyə məcbur etdiyini bildirən sərnişinlər, həmin şəxsin bu hərəkəti hər kəsin dəstəyi ilə reallaşdırdığını izah ediblər.

İnternetdə yayımlanan açıqlamada uzun gecikmənin sərnişinlərin həyatı üçün təhlükə yaratdığı bildirilib və həmin şəxsin sərnişinlərin həyatını xilas etdiyi vurğulanıb.

ABŞ-ın “NewYorkPost” qəzeti təyyarədəki 77 sərnişinin hamısının həmin adamı dəstəklədiyinə diqqət çəkərək, onların bəyanatı imzaladığını yazıb.

Hava limanına təqdim edilən digər məlumatda da sərnişinlərin şikayətləri təsdiqlənir. Məlumata görə, saat 11:37 radələrində AM672 reysinin sərnişinləri öz narazılıqlarını uçuş heyətinə bildiriblər. Təyyarənin saat 08:45-də havaya qalxması planlaşdırılıb, lakin texniki xidmət xəbərdarlığı səbəbindən yubanıb.

Sosial mediada təyyarənin içindən çəkilən görüntülər ortaya çıxıb. Kadrlarda sərnişinlərin istidən boğularaq uçuş heyətindən su istədikləri görünür.//Publika

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR