İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərtərdə silahlı insident olub

469 26.07.2022 10:05 Hadisə A A

Tərtərdə silahlı insident yaşanıb.

Musavat.com-un “Report”a istinadən məlumatına görə, hadisə rayonun Əskipara kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1977-ci il təvəllüdlü Rəsul Ağayevlə həmkəndlisi, 1973-cü il təvəllüdlü Namiq Hüseynov arasında pambıq sahəsinin suvarılmasına görə mübahisə yaranıb. Bu zaman R.Ağayev ov tüfəngilə N.Hüseynova tərəf atəş açıb. Nəticədə güllə N.Hüseynovun “VAZ-2106” markalı avtomobilinə dəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR