İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tərtər işi"ndə qətlə yetirilən hərbçilərdən biri də BƏRAƏT ALDI

848 19.04.2022 13:52 Gündəm A A

2017-ci ilin mayında Tərtər hadisələri zamanı işgəncə nəticəsində öldürülənlərdən biri Elçin Mətləb oğlu Quliyev barəsində bəraət hökmü çıxarılıb.

Musavat.com xəbər verir ki, ermənilərə casusluq – dövlətə xəyanət ittihamı ilə onun barəsində başlanmış cinayət işinə öldüyünə görə 2017-ci ilin dekabrında bəraətverici əsaslar olmadan xitam verilmişdi. Həmin qərarı o zaman hərbi prokurorun müavini Şəfahət İmranov çıxarmışdı.

2021-ci ilin dekabrında Tərtər işi üzrə istintaq yenilənəndən sonra Baş prokuror Kamran Əliyev Elçin Quliyev haqqında sözügedən qərarı ləğv edib. Baş prokuror 31 yanvar 2022-ci ildə Şəfahət İmranovun həmin qərarının ləğvi haqqında yeni qərar imzalayıb.

Yeni qərar fevralın 7-də mərhum Elçin Quliyevin anası Validə Əhmədovaya təqdim olunub.

Bu gün isə mərhum Elçin Quliyev barəsində bəraət hökmü çıxarılıb. Validə Əhmədova baş prokurorun qəbulunda da olub. Ana oğlunun qətlində əli olanların cəzalandırılmasını istəyir.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR