İnsanlara hürriyət, millətlərə istiqlal!

Terrorçuların sevimli silahı “Kalaşnikov” – alman dəqiqliyi ilə işləyən ölüm makinası

4302 28.01.2023 14:51 Yaxın tarix A A

Təxmini hesablamalara görə, il ərzində müharibə, münaqişə, terror aktları və qətllərə səbəb olan digər cinayətlər zamanı 200-250 min insan məhz “Kalaşnikov” avtomatı ilə öldürülür. Bu faktı təsdiqləyən bir fakt da var. Dünya əhalisinin hər 60 orta yaşlı insanına bir “Kalaşnikov” avtomatı düşür. Bu da onu sübut edir ki, sovet istehsalı olan bu silah dünyada ən geniş yayılmış silahdır. Hazırda “Kalaşnikov” avtomatı 106 ölkənin silahlı qüvvələrinin arsenalında yer tutur.

“Kalaşnikov” avtomatı ilə bağlı 2000-ci ildə dünyanın tanınmış hərbi ekspertləri daha bir statistik rəqəm ortaya çıxarıblar. Araşdırmalar nəticəsində məlum olub ki, “Kalaşnikov” avtomatı ilə öldürülənlərin sayı artilleriya atəşlərində, havadan bombalamada, raket hücumlarında öldürülənlərdən iki dəfə çoxdur.
Sözsüz ki, bu dəhşətli faktlar daha çox bu silahı icad edəni, Mixail Kalaşnikovu narahat etməl idi.

79507c86c2fe97db07dfdfebf92ab0b8.jpg (112 KB)

Amma konstruktor bu faktları soyuqqanlı qarşılayıb, hətta bəzilərinin ona “bu qədər ölüm faktı qarşısında necə rahat yatırsınız” sualına sakitliklə cavab verib: “Mən silahları insanları öldürmək üçün deyil, vətənimi qorumaq üçün icad etmişəm. Məndən tez-tez soruşurlar ki, necə yatırsan, axı sənin avtomatlarından bu qədər insan həlak olub? Mən isə deyirəm ki, mənim yuxum əladır. Qoy müharibələrə başlayan siyasətçilər narahat yatsınlar”.

Qeyd edək ki, 1919-cu ildə Altay vilayətində anadan olan Mixail Kalaşnikov bu silahı hərbi hospitalda müalicə alarkən icad edib. O, 1938-ci ildə hərbi xidmətə çağrılıb, sovet-alman müharibəsinin ilk aylarında, 1941-ci ildə cəbhədə yaralanıb və hospitala göndərilib. Kalaşnikov yeni avtomatın icadına altı ildən artıq vaxt sərf edib. Nəhayət, 1947-ci ildə xüsusi komissiyanın rəyindən sonra “Kalaşnikov” avtomatının “AK-47” adı altında kütləvi istehsalına başlanılıb və 1949-cu ildən sovet ordusunun arsenalına daxil edilib.

avtomat-kalashnikova-flag-sssr.jpg (134 KB)

Konstruktor “AK-47”-yə görə 1-ci dərəcəli Stalin mükafatına layiq görülüb. Mükafatın məbləği 150 min rubl olub. Həmin dövrdə bu pula 9-10 “Pobeda” avtomobili almaq mümkün olub. Bu məbləğ 17 uşaqlı ailədə böyüyən Mixail Kalaşnikov üçün fantastik rəqəm sayılıb.

İstehsal sayı 100 milyonu keçdikdən sonra “Kalaşnikov” avtomatı Ginnesin rekordlar kitabına düşüb.
Avtomatın populyarlığının və çoxsaylı ölkələrdə istifadəsinin, o cümlədən lisenziya şərtləri ilə istehsalının əsas səbəblərindən biri silahın maya dəyərinin az olması ilə bağlıdır.

Amerikanın “Foreign Policy” jurnalının əməkdaşları ayrı-ayrı ölkələrin qara bazarlarında “Kalaşnikov” avtomatının qiymətlərini aşağıdakı kimi müəyyənləşdiriblər:

ak-avtomat-avtomat-e1461592156778-748x420.jpg (126 KB)

“Bəzi ölkələrdə “Kalaşnikov” avtomatının qiyməti toyuğun qiymətinə bərabərdir. Araşdırmaların nəticələrinə görə, sovet istehsalı olan “Kalaşnikov” avtomatının qiyməti ölkələrə görə 10 – 4000 dollar arasında dəyişir. ABŞ-da bu silah vəziyyətinə görə qara bazarlarda 70-350 dollar aralığında satılır. Hindistanda bu silaha daha çox pul verilir. Şərq və Afrika ölkələrində bu silah daha çox satılır və daha populyardır. Hətta bəzi Afrika ölkələrinin, Zimbabvenin və Mozambikin dövlət gerblərində “Kalaşnikov” avtomatının təsviri əks edilib...”

Ayrı-ayrı ölkələrin dövlət başçıları “Kalaşnikov” avtomatına xüsusi maraq göstərib. 2003-cü ildə İraq prezidenti Səddam Hüseynin iqamətgahında axtarış aparılanda onun iş otağndan iyirmiyə yaxın üzərində qızıl işləmələr olan “Kalaşnikov” avtomatları tapılıb. Səddam Hüseyn hakimiyyətdə olduğu illərdə bu cür avtomatları xüsusi xidmətləri olan hərbçilərə hədiyyə edib. 

90c7639e9366495722889379c3e5e6c5.jpg (114 KB)

“Kalaşnikov” avtomatı bu qədər populyarlıq qazansa da, SSRİ ilə yanaşı ayrı-ayrı ölkələrdə lisenziya şərti ilə kütləvi istehsal olunsa da, bu silahın gəlilərindən M.Kalaşnikov bəhrələnə bilməyib, böyük pullar qazanmayıb. Sovet liderləri vaxtaşırı konstruktorun sinəsinə orden və medallar taxaraq Kalaşnikovu “susdurublar”, silahdan gələn gəlirlərlə dövlər və şəxsi büdcələrini zənginləşdiriblər. 2000-ci illrədə bu məsələyə Kalaşnikov öz fikrini aşağıdakı kimi bildirib:

“Mən Kalaşnikov avtomatı əvəzinə bir otbiçən maşın ixtira etsəydim, daha çox pul qazanardım...”,
Qeyd edək ki, üç dəfə “Qızıl ulduz”, üç dəfə “Lenin” ordeni ilə, çoxsaylı medallarla, dövlət mükafatlarıyla təltif olunan Mixail Kalaşnikov 2013-cü ildə 94 yaşında vəfat edib.

6be7d55ef3792ba1217fc6df94601baa.jpg (192 KB)

Maraqlı faktlardan biri də odur ki, 1970-ci illərdən sonra dünyada həyata keçirilən terror aktlarının altmış faizindən çoxunda partlayıcı maddə və qurğularla yanaşı “Kalaşnikov” avtomatından istifadə olunub. Yəqin ki, bunun əsas səbəbləri bu silahın dəqiq işləməsi, qiymətinin daha sərfəli olması və rahat əldə edilməsidir.

27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı terror hücumunda da bu məhz “Kalaşnikov” avtomatından istifadə edilib.

7777.JPG (40 KB)

“Kalaşnikov” avtomatı haqqında getdikcə populyarlaşan daha bir mülahizə ondan ibarətdir ki, bunu heç də əyalət adamı olan bisavad Kalaşnikov ixtira etməyib. Bu avtomatlar Hitler Almaniyasının arsenalında olan və STG-44 adlanan silahın kopyasıdır. Bu silahı məşhur alman silah ustası Huqo Şmayser hələ 1942-ci ildə icad edib. Əsas versiya ondan ibarətdir ki, müharibədən dərhal sonra sovet dövlətinin silah konstruktorları STG-44-ü bir az təkmilləşdirərək AK-47-yə çevririblər. Ən maraqlısı odur ki, Huqo Şmeyser 1946-cı ildə ailəsi ilə birlikdə gəlib Uraldakı zavodlarda məsləhətçi qismində işləməyə dəvət ediblər və o, bir müddət İjevskdə, AK-47-lərin istehsal olunduğu şəhərdə yaşayıb. 

Görünür, sovet rəhbərliyi patriotik mülahizələrlərə bu silaha görə konstruktorun qonorarını lazımnca verib, AK-47-nin gətirəcəyi əbədi şəhrəti (və bir miqdar da pulu) Mixail Kalaşninoka bağışlayıb. AK-47-nin alman dəqiqiliyi və keyfiyyəti ilə işləməsinin sirri bundadır. Mütəxəssislərin fikrincə, ən azı "Kalaşnikov"un əksər elementləri, iş mexanizmi almanların STG-44-dən çırpışdırılıb. Demək, əslində, o bir “alman maşını”dır.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR