İnsanlara hürriyət, millətlərə istiqlal!

Tələblərə cavab verməyən toyuq kəsimi məntəqələri LƏĞV EDİLMƏLİDİR

1316 07.10.2022 12:48 İqtisadiyyat A A

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası(APEPEA) ölkədə fəaliyyət göstərən tələblərə cavab verməyən toyuq kəsimi məntəqələrinin ləğv olunmasını, yaxud müasir tələblərə uyğunlaşdırılmasını istəyir.

Musavat.com xəbər verir ki, bu barədə Assosiasiyanın yaydığı açıqlamada məlumat verilir:

“Azərbaycan əhalisinin qida və ekoloji təhlükəsizlik tələblərinə cavab verən, yüksək keyfiyyətli məhsullarla təminatı quş əti istehsalı ilə məşğul olan sahibkarların ən ümdə vəzifəsidir. Musavat.com xəbər verir ki, Çünki bazara çıxarılan keyfiyyətsiz, qida və ekoloji təhlükəsizlik tələblərinə cavab verməyən məhsullar əhali arasında quş əti ilə bağlı mənfi rəy formalaşdırmaqla bizim fəaliyyətimizə ciddi problemlər yaradır”.

APEPEA bildirir ki, hazırda ölkə ərazisində ekoloji təhlükəsizlik tələblərinə cavab verməyən, tullantılarla bağlı standartları nəzərə almayaraq ətraf mühitə ciddi zərər vuran bir sıra toyuq kəsimi məntəqələri fəaliyyət göstərməkdədir. Buna görə dıə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət edərək, belə narahatlıq doğuran məsələlərin müzakirəsini təklif edib:

“Oktyabrın 5-də ETSN-də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Xaliq Mirzəyev, Xidmətin şöbə müdiri Adil Zeynalov, Nazirliyin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyevlə APEPEA üzvləri – APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli, “Siyəzən Broyler”in rəhbəri Cavid Abbasov, “Azerbaijan Poultry Company” LLC-nin direktoru Pərviz Hacıyev, “Qaraqaşlı Broyler”in nümayəndəsi Vaqif Hüseynov, “Səba Broyler” ASC-nin nümayəndəsi Rəşad Məmişov, Oqtay Xankişiyev - arasında görüş keçirilib. Görüş zamanı Assosiasiya üzvləri xüsusilə Bakı ətrafında fəaliyyət göstərən sanitar-gigiyenik, ekoloji təhlükəsizlik tələblərinə cavab verməyən toyuq kəsimi məntəqələrinin yaratdığı narahatlıqları nazirlik rəsmilərinin diqqətinə çatdırıblar. Bildirilib ki, belə kəsimxanalarda kəsilən toyuqların tükləri ətrafa dağıdılır, qanı yaxın ərazilərdə torpağa tökülür, bəzənsə dənizə axıdılır, digər tullantıları normal utilizasiya edilməyərək zibil qablarına atılır. C.Abbasov və P.Hacıyev toyuq kəsimi prosesində ekoloji tələblərin qorunması üçün tətbiq olunan müasir texnologiyalar, dünyada toyuq kəsimi prosesinə qoyulan ekoloji tələblər barədə nazirlik rəsmilərinə ətraflı məlumat veriblər. APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli Azərbaycanda müasir və ekoloji tələblərə tam cavab texnologiyalarla işləyən kəsimxanaların olduğunu, zərurət yaranarsa, həmin kəsimxanalarla tanışlıq imkanı yaradıla biləcəyini ETSN nümayəndələrinin diqqətinə çatdırıb”.

Görüş zamanı nazirlik rəsmiləri bildiriblər ki, bu məsələ ilə bağlı “Hicaz” toyuq əti istehsalçısına xəbərdarlıq edilib. Buna baxmayaraq, APEPEA üzvlərinin qeyd etdikləri ərazilərdə monitorinqlərə başlanacaq və həmin məntəqələrlə bağlı müvafiq tədbirlər görüləcək. APEPEA üzvləri isə sanitar-gigiyenik və ekoloji tələblərə cavab verən kəsimxana texnologiyalarına dair nazirlik əməkdaşlarını məlumatlandırmağa hazır olduqlarını bəyan ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR