İnsanlara hürriyət, millətlərə istiqlal!

Tələbənin zarafatına görə qırıcılar havaya qaldırıldı

1072 25.01.2024 10:50 Dünya A A

"Taliban" üzvü olduğunu və təyyarədə bomba partladacağını deyən britaniyalı yeniyetmə Aditya Verma İspaniyada məhkəmə qarşısına çıxıb.

Musavat.comTRT Haber”ə istinadən xəbər verir ki, yeniyetmə sadəcə zarafat etdiyini və kimisə incitmək niyyətində olmadığını bildirib.

İspaniya Müdafiə Nazirliyi isə gəncdən uçuş xərclərini qarşılamaq üçün 95 min avro ödəməsini istəyir.

Məlumata görə, 2022-ci ilin iyul ayında baş verən hadisədə 18 yaşlı gənc Londondakı Qatvik hava limanında İspaniyaya uçan təyyarəyə minməzdən əvvəl “Snapchat”da dostları qrupuna mesaj göndərib.

Belə ki, o, mesajında ​​fotosunu paylaşaraq, "Təyyarəni partlatmaq üçün yolda (mən "Taliban"ın üzvüyəm)" deyib.

Mesajdan sonra Britaniya kəşfiyyat xidmətləri İspaniyaya məlumat verib. Lakin Menorkaya uçan təyyarə havaya qalxdığına görə, İspaniya iki "F-18" qırıcısını havaya qaldırıb. Uçuşun sonunda Menorka hava limanında sərnişin təyyarəsində axtarışlar aparılıb və tələbə saxlanılıb.

Gənc iki gün polis bölməsində saxlanılıb və daha sonra zaminə buraxılıb.

O, ölkəsinə qayıdandan sonra “MI5” və "MI6"nın əməkdaşları tərəfindən dindirilib.

Tələbənin telefonunda “Taliban” və ya hər hansı digər radikal təşkilatla əlaqəsi olduğuna dair heç bir sübut tapılmayıb.

Qeyd olunub ki, A.Verma ictimai asayişi pozmaqda təqsirli bilinərsə, 22 500 avroya qədər cərimələnə bilər. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR