İnsanlara hürriyət, millətlərə istiqlal!

"TEKNOFEST atəşini ilk dəfə İstanbulda yandırdıq, sonra Anadoluya daşıdıq"-Türkiyəli nazir

333 26.05.2022 12:27 Gündəm A A

"Prezident Rəcəb Tayyib Ərdoğan ““Teknofest” işığını dünyaya daşıyacağıq”- deyəndə ilk dayanacağımız can Azərbaycan oldu".

Musavat.com xəbər verir ki, bunu Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının açılış mərasimində deyib.

O bildirib ki, bu gün Türkiyə ilə yanaşı, Azərbaycan, bütün türk dünyası adına qürur hissi keçirir: "Burada bir millətin küllərindən doğub nəyi bacardığını gördüyünüz zaman içiniz titrəyəcək. Bu gün qardaş ölkələrin birliyindən doğan atəş türk dünyasını saracaq. Burada olan gənclərə səslənirəm, sizin yerinizdə olsam, burada yatar, burada oyanardım. Hər bir detalı incələyib, qeydlər aparardım. Burada var olmaq böyük şansdır. “TEKNOFEST”in təşkilində dəstək olan İlham Əliyevə, Rəqəmsal Rabitə və İnkişaf Naziriliyinə və digər əməyi keçən hər kəsə təşəkkür edirəm".


Afaq Mirayiq,
Elçin Əkbərov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR