İnsanlara hürriyət, millətlərə istiqlal!

Təkəri partlayan maşın aşdı - sürücü xəsarət aldı

724 19.11.2022 21:43 Hadisə A A

Şəkidə “Mercedes Vito” aşıb, sürücü ağır xəsarət alıb.

Musavat.com-un “Qafqazinfo”ya istinadla məlumatına görə, hadisə rayonun Baş Göynük kənd ərazisində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Baş Göynük kənd sakini Ədilov Asiman Azad oğlu idarə etdiyi “Mercedes Vito” markalı sərnişin avtomobili ilə hərəkətdə olarkən maşının şini partlayıb və avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ədilov Asiman Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti ağır oldugu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR