İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandakı səfirliyimizə hücuma Bakıdan reaksiyalar – “Tehran rejimi odla oynayır”

1400 27.01.2023 11:48 Siyasət A A

Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum ölkədə böyük narahatlıq doğurub.

Musavat.com bildirir ki, bir çox siyasilər hadisə ilə bağlı sosial şəbəkələrdə öz narahatlıqlarını bildirib, hadisəni törədənlərin cəzalandırılmasını tələb ediblər.

Bu barədə millət vəkili Razi Nurullayev qeyd edib:

“İranda səfirliyimizə xain hücum olub. Kim edib, bilmirik. Amma bir həqiqət isə aydındır. Neçə aydır ki, İran rəsmiləri, İran televiziya və mətbuatı Azərbaycana qarşı nifrət püskürür, bizi İran cəmiyyətinə şeytan obrazında təqdim edirdi. O təbliğatla İran  öz insanlarını Azərbaycana qarşı doldururdu. Bu xain basqın, ölüm və yaralılar bu təbliğatın və düşmənçiliyin nəticəsidir.

Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərov həlak olub, iki nəfər yaralanıb. Şəhidimizə Allahdan rəhmət diiləyir, yaralılara isə şəfa  arzulayıram”.

Ekspert Natiq Cəfərli isə İran rejiminin dağılmasının artıq zamanı gəlib çatdığını bildirib:

“ Tehran rejimi odla oynayır, Ermənistan-Rusiya- İran ittifaqı sivil dünyaya meydan oxumaq istəyir. Bu şər ittifaqı dağılmalıdır və Qərb gözünü açıb, bu ittifaqın mövcudluğunu və təhlükəsini görməlidir!”

Politoloq Zaur Məmmədov qeyd edib:

“Cızığı keçənlər əməllərinə görə cavab verəcəklər! İranın müxtəlif dairələri uzun müddət idi ki, təhdid edirdilər. Əgər hadisəni törədənlər tutulmasa, məsələ aydındır…”

Siyasi şərhçi Əziz Əlibəyli İranda Azərbaycan səfirliyinə edilən xain hücumu 4 maddə ilə təhlil edib. O qeyd edib ki, bu, Ermənistan -İran-Azərbaycan xəttində son günlər yaşanan istiləşməyə adekvat cavab ola bilər.

Rusiya – Ukrayna cəbhəsindən sonra Qərbin diqqətinin digər bölgələrə dağılması üçün mümkün ssenaridir.

Qərb – İran daxili sarsıntılara əlavə edilmiş Azərbaycanla problem çözülürdü ki, buna mane olmaq istədilər.

İran – İrandaxili anti-Azərbaycan qüvvələri var ki, hibrid müharibə, din, narkotika alverçiləridir”.

Politoloq Elxan Şahinoğlu qeyd edib:

“Azərbaycanın İrandakı səfirliyinə hücum bu ölkənin rəsmilərinin, diplomatlarının, generallarının, din xadimlərinin, deputatlarının və ekspertlərinin anti-Azərbaycan isteriyasının nəticəsidir. İrandan Azərbaycan əleyhinə daima səslənin “sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir”, “Zəngəzur dəhlizi olmamalıdır”, “Azərbaycan İsraillə əlaqələr qurmamalıdır” açıqlamaları qonşu ölkədəki fanatik dairələri azğınlaşdırıb. Əlbəttə, səfirliyimizə hücumun arxasında İrandakı erməni diasporunun dayandığı da istisna deyil. Məqsəd Azərbaycan-İran münasibətlərinin daha da gərginləşdirməkdir. Ona görə də soyuqqanlığımızı qorumaq şərtilə Tehrandan qatil və ya qatillərin arxasındakı güclərin və sifarişçilərin araşdırılması tələb olunmalı və bu proses nəzarət altında saxlanmalıdır. Qırmızı çizgiləri aşan İran oldu”.

Qeyd edək ki, məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

 

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR