İnsanlara hürriyət, millətlərə istiqlal!

“Təhminəni mən oynamalı idim!”

1298 06.12.2023 13:07 Şou-biznes A A

Əməkdar artist Mehriban Xanlarova yeni açıqlaması ilə diqqət çəkib.

Musavat.com olay-a istinadən xəbər verir ki, bu  barədə o, "Xəbərin var?" verilişində danışıb.

Sənətçi deyib ki, "Təhminə" filmində Meral Konrat yox, o oynamalı imiş:

"Təhminə obrazını mən oynamalıydım. Fəxrəddin Manafovdan soruşa bilərsiz. Biz Kinostudiyada otaqda məşq edirdik. Allah Rasim Ocaqova rəhmət etsin. Sonra nə oldu bilmirəm. Bir də baxdım ki, Meral Konrat oynayır. 

O məndən yaxşı oynayır? Əsl Təhminə mən idim! Sonra fikirləşdim ki, yaxşı ki, "Tələsmə, Zaur" dediyi səhnəni oynamadım. Hələ də məni qınayırdılar. Bu gün baxırlar ki, əladır. Onun oyununu bəyənmədim. Özü ilə işim yoxdur. Onu özləri dəvət elədi. Başqa kim dəvət edə bilərdi? Mən məşq edirdim. Hansı otaqda məşq etmişik, bu günə qədər yadımdadır. İndiyə qədər də səbəbi ilə maraqlanmamışam".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR